/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Milan məhkəməsi ədalətli qərar çıxartda

Şriftin ölçüsü:  11px13px15px17px

Anti-Azərbaycan mərkəzlərin və şəbəkələrin sifarişi ilə mütəşəkkil cinayətkarlıq və korrupsiyaya qarşı jurnalistika layihəsi adlı qeyri-şəffaf qurumun imzası ilə dövriyyəyə buraxılmış hesabatların təxribat xarakteri daşıdığını Milan məhkəməsi də təsdiqlədi. Prezidentin ictimai - siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov belə deyib. Bildirib ki, Azərbaycanla korrupsiya əlaqələrində ittiham olunan AŞ PA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonteyə bəraət verilməsi də göstərir ki, anti-Azərbaycan mərkəzlər çoxsaylı feyk-məlumatlarla həm Azərbaycan dövlətini, həm də ölkəmizə dost münasibəti bəsləyən şəxsləri qınaq obyektinə çevirmək istəyirdilər. Əli Həsənov deyib ki, Azərbaycan hakimiyyəti dövlətin və onun tərəfdaşlarının imicini ləkələmək məqsədilə həyata keçirilən belə qarayaxma kampaniyasının təşkilatçıları və icraçıları haqqında kifayət qədər məlumatlıdır və yalnız Milan məhkəməsinin qərarı ilə kifayətlənmək niyyətində deyil. Məsələ ilə bağlı artıq Azərbaycanın aidiyyəti dövlət orqanlarına tapşırıqlar da verilib. Demokratiya və söz azadlığı pərdəsi altında gizlənərək beynəlxalq miqyasda ayrı-ayrı dövlətlərə, şəxslərə qarşı kampaniya təşkil edənlər bunun məsuliyyətini də dərk etməli və cavabdehlik daşımalıdırlar.

19:00 / 14.02.2018
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 12
Bu gün: 9396
Bu ay: 254113
Ümumi: 6211504
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın