/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Qurultay seçkilərə prezident İlham Əliyevin namizədliyini irəli sürdü

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün Yeni Azərbaycan Partiyasının vı qurultayı keçirilib. Qurultay 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin namizədliyini irəli sürüb. Prezident İlham Əliyev Azərbaycanda aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının ideyalarının xalq tərəfindən dəstəkləndiyini, 700 mindən çox üzvü olan bu siyasi təşkilata gənclərin axınının davam etdiyini bildirdi. Son 25 ildə partiyanın şərəfli yol keçdiyini, bütün seçkilərdə qələbə qazandığını deyən dövlət başçısı ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında oynadığı fəal rola toxundu, müstəqilliyin ilk illərində ölkədə yaranan acınacaqlı vəziyyətin xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyevin xidmətləri sayəsində aradan qaldırıldığını bildirdi. Prezident İlham Əliyev 1993-cü ildən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün istiqamətlərində qazanılan naliyyətlərdən danışdı, 2003-cü ildən sonra Heydər Əliyev siyasətinin Azərbaycanda uğurla davam etdirildiyini diqqətə çatdırdı. Dövlət başçısı beynəlxalq təşkilatlarla əlaqələrin inkişaf etdiyini, bütün beynəlxalq qurumların Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını, tarixi əsasların da bizim mövqeyimizi gücləndirdiyini diqqətə çatdırdı. “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun həll olunmalıdır. Biz heç vaxt imkan verə bilmərik ki, ərazimizdə ikinci erməni dövləti yaransın” deyən prezident İlham Əliyev vurğuladı ki, tarixi torpaqlara qaydış bizim siyasi və strateji hədəfimizdir. Ermənistanın bütün regional layihələrdən kənarda qaldığını və təcrid siyasətinin torpaqlarımız işğaldan azad olunana qədər davam etdiriləcəyini deyən dövlət başçısı ölkəmizdə həyata keçirilən ordu quruculuğunun əhəmiyyətindən danışdı, beynəlxalq reytinqlərin də Azərbaycan ordusunun gücünü əks etdirdiyini bildirdi. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasının gələcək illərdə də diqqət mərkəzində saxlanacağını deyən prezident İlham Əliyev gələcəkdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafının qeyri-neft sektoru ilə bağlı olduğunu bildirdi, 2018-ci ilin də sürətli inkişaf ili olacağına əminliyini ifadə etdi. “Bizim ən böyük dəyərimiz müstəqilliyimizdir və müstəqilliyimizin də banisi ulu öndər Heydər Əliyevdir” deyən prezident İlham Əliyev ölkəmizin bu yolla uğurla getdiyini bəyan etdi. Yeni Azərbaycan Partiyasının sədr müavini, baş nazirin müavini Əli Əhmədov 2003-cü ildən başlayaraq prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən siyasi və iqtisadi islahatların uğurla icra olunduğunu, azərbaycanın irimiqyaslı layihələr həyata keçirdiyini, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirdi. Ölkədə işsizliyin və yoxsulluğun azaldılmasının, ciddi sosial proqramların icra olunmasının, infrastruktur layihələrinin həyata keçirilməsinin ölkəmizin sürətli inkişafına təkan verdiyini deyən Əli Əhmədov demokratiyanın inkişafı, xarici siyasət, ordu quruculuğu, elm, mədəniyyət və digər sahələrdə qazanılan uğurları vurğuladı. Əli Əhmədov bütün bunları nəzərə alaraq Yeni Azərbaycan Partiyasının vı qurultayının Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sürətli sosial-iqtisadi inkişafını, dövlətçilik ənənələrinin və demokratik təsisatlarının gücləndirilməsini, ölkənin beynəlxalq nüfuzunun və müdafiə qabiliyyətinin ciddi şəkildə möhkəmləndirilməsinin, habelə prezident İlham Əliyevin şəxsində Azərbaycanın inkişaf perspektivlərinə etibarlı təminatı nəzərə alaraq və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 54-cü maddəsinə istinad edərək qərarını açıqladı. İlham Heydər oğlu Əliyev 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində Azərbaycan Respublikasının prezidentliyinə namizəd irəli sürüldü. Bu qərar qurultay nümayəndələri tərəfindən yekdilliklə qəbul olundu. Prezident İlham Əliyev qurultay nümayəndələrinə ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi. Yeni Azərbaycan Partiyasının vı qurultayı Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başa çatdı.

19:00 / 08.02.2018
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 11
Bu gün: 2885
Bu ay: 283201
Ümumi: 7062327
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın