/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Həmkarlar İttifaqları Konfederasiyası prezidentliyə İlham Əliyevin namizədliyni irəli sürdü

Şriftin ölçüsü:  11px13px15px17px

Həmkarlar İttifaqları Təşkilatlarının 1300-dək sahə nümayəndəsi, 30 ölkədən 85 nəfər beynəlxalq həmkarlar ittifaqı liderlərinin qatıldığı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 5-ci qurultayı keçirilib. Qurultay iştirakçıları 2018-ci ildə keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul ediblər. Qurultayı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev açdı. Bildirdi ki, qurum yaranmasının 25 illiyini qeyd edir. Qurum bu dövr ərzində sıralarında 1 milyon 500 minə yaxın üzvü birləşdirən böyük bir ictimai təşkilata çevrilib. Ölkədə yeni iqdisadi şəraitə uyğun olaraq qurulan sosial müdafiə modelini diqqətə çatdıran səttar möhbalıyev bunun cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın rifahının yüksəldilməsinə xidmət etdiyini vurğuladı Tədbirdə çıxış edən prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının beşinci qrultayına prezident İlham Əliyevin təbrik məktubunu oxudu. Məktubda bildirlir ki, böyük tarixi inkişaf yolu keçmiş Azərbaycan Həmkarlar İttifaqları müstəqillik illərində genişmiqyaslı fəaliyyəti sayəsində cəmiyyətin aparıcı təsisatlarından birinə çevrilib. Bu gün respublikamızda ən kütləvi ictimai təşkilat olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vətəndaşların sosial hüquqlarının təmin olunmasında mühüm rol oynayır. Əli Həsənov bildirdi ki, təşkilat uzun və şərəfli inkişaf yolu keçib. Milli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Həmkarlar İttifaqları öz inkişafınıın yeni mərhələsinə qədəm qoyub. 1994-cü ildə qəbul olunan həmkarlar ittifaqları haqqında qanun qəbul olunması isə bu sahəyə diqqətin bariz nümunəsidir deyə, prezidentin köməkçisi vurğuladı. Təşkilatın inkişafında 2003-cü ildən sonrakı dövrü keyfiyyət dəyişikliyi baxımından xüsusilə fərqləndiyini vurğuladı. Bunu yeni yüksəliş kimi qiymətləndirdi. Bu il aprelin 11-də növbədənkənar prezident seçkilərinin keçirildiyini diqqətə çatdıran Əli Həsənov bunun həmkarlar ittifaqlarıı qarşısında növbəti vəzifə qoyduğunu vurğuladı. Qurultayda qrum rəhbərinin məruzəsi ətrafında müzakirələr aparıldı. Təşkilatın hesabat dövrü ərzində fəaliyyəti qiymətləndirildi. Qurultay nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bütün dünya həmkarlar ittifaqlarına müraciəti səsləndirildi. Səttar Möhbalıyev yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçildi. Sonda qurultay iştirahçıları 2018-ci ildə keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul etdi.

Mehman Davudoğlu

19:00 / 05.02.2018
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 10097
Bu ay: 227471
Ümumi: 6184862
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın