/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Prezident İlham Əliyev “Smart Africa” təşəbbüsünün icraçı direktorunu qəbul edib

Şriftin ölçüsü:  11px13px15px17px

Prezident İlham Əliyev “Smart Africa” təşəbbüsünün icraçı direktoru Hamadoun Toureni qəbul edib. Hamadoun Toure sonuncu dəfə 2014-cü ildə Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi olarkən “Bakutel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirak etmək üçün ölkəmizə səfərini məmnunluqla xatırlayıb. 22 Afrika ölkəsinin üzv olduğu və 12 Afrika ölkəsinin dövlət başçısının idarə heyətinə daxil olduğu “Smart Africa” təşəbbüsü və onun fəaliyyəti haqqında məlumat verən Hamadoun Toure təşəbbüsün Afrika qitəsi üçün vahid rəqəmsal platformanın yaradılması işində vacib rol oynadığını, işlərin artıq yaxşı nəticələr verdiyini, həmçinin layihələrdə peyk texnologiyalarının tətbiqi istiqamətində “Azərkosmos” asc ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Prezident İlham Əliyev Azərbaycan ilə “Smart Africa” təşəbbüsü arasında gələcək əməkdaşlığı dəstəklədiyini və bu sahədə istiqamətlərin müəyyənləşdirilməsinin önəmini vurğulayıb.

19:00 / 01.02.2018
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 9
Bu gün: 4587
Bu ay: 274245
Ümumi: 7829344
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın