/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Prezident İlham Əliyev “Şahdağ” Qış-Yay Kompleksinin inkişaf planları ilə tanış oldu

Şriftin ölçüsü:  11px13px15px17px

Prezident İlham Əliyev Qusarda “Şahdağ” Qış-Yay Turizm Kompleksinin növbəti inkişaf planları ilə tanış olub. Dövlət başçısına görüləcək işlər barədə məlumat verilib. Baş nazirinin birinci müavini Yaqub Eyyubov prezident İlham Əliyevə turizm kompleksinin hazırkı vəziyyəti və burada cari ildə ikinci mərhələdə görüləcək işlərlə bağlı məlumat verdi. Qeyd edildi ki, burada dəniz səviyyəsindən 2350 metr yüksəklikdə 5 nömrəli lift meydançası inşa ediləcək. Həmin meydançadan isə 4.2 kilometr uzunluğunda yeni eniş zolağı tikiləcək. Bu, ən uzun zolaq olmaqla yanaşı, mürəkkəblik dərəcəsinə görə də, qırmızı dərəcəli zolaq olacaq. Həmçinin dövlət başçısına məlumat verildi ki, bu il kompleksin əsas meydanında əyləncə infrastrukturunun qurulması da planlaşdırılır. Burada “boulinq”, tennis və digər stolüstü oyunlar zalı, kinoteatr, musiqi mərkəzi, eləcə də, suviner mağazaları və digər iaşə və xidmət obyektləri inşa ediləcək. Kompleksin yay mövsümündə də xidmət göstərməsi üçün burada göl yaradılacaq. Yay mövsümündə turistlər bu göldən həm üzmək, həmdə qayıqlarla səyahət üçün istifadə edəcəklər. Qış mövsümündə isə buradan qarlama üçün də ehtiyat göl kimi istifadə olunacaq. Bu ilin yaz aylarından ikinci mərhələdə görülməsi planlaşdırılan işlərə başlanılacaq. Artıq tikintiyə başlamaq üçün hazırlıq işləri görülür. Dövlət başçısına kompleksinin yol infrastrukturu barədə də ətraflı məlumat verildi. Bildirildi ki, kompleksin daxilindən keçən Qusar-Ləzə yolu kompleksin kənarında inşa olunacaq. Bu da imkan verəcək ki, yuxarı kəndlərin sakinləri kompleksin ərazisinə daxil olmadan hərəkət etsinlər. Hazırda bu yolun yarısına qədər torpaq yatağı hazırlanıb. Qalan işlərin ilin sonuna qədər tamamlanması nəzərdə tutulur. Bu yeni yoldan kompleks ərazisinə iki giriş nəzərdə tutulub. Kompleksin girişində böyük avtomobil dayanacağının da istifadəyə verilməsi planlaşdırılır. Məlumat verildi ki, kompleksin üçüncü mərhələsi ilə bağlı layihələndirmə işləri aparılır. Kompleksin əsas meydanının ərazisi ilə tanış olan dövlət başçısı tapşırıq və tövsiyələrini verdi. Sonra prezident İlham Əliyev “Şahdağ” Qış-Yay Turizm Kompleksində xizək sürdü.

19:00 / 30.01.2018
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 1739
Bu ay: 151480
Ümumi: 14285841
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın