/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Prezident İlham Əliyev tapşırıqlar verdi

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün “ Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib. Regionların inkişafı ilə bağlı üçüncü dövlət proqramının icrasının bu il başa çatdığını deyən prezident İham Əliyev dördüncü proqramla bağlı işlərə başlanacağını bildirdi. “Dövlət proqramlarının icrası çox uğurla gedib və qarşıda duran vəzifələr icra edilib” deyən dövlət başçısı bu proqramların həyata keçirilməsinin regionların inkişafında dönüş yaratdığını diqqətə çatdırdı. 2003-cü ildən Azərbaycanın böyük uğurlara imza atdığını, ölkəmizdə hərtərəfli inkişafın təmin olunduğunu vurğulayan prezident İlham Əliyev bildirdi ki, ölkədə aparılan islahatlar dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycanda sabitliyin təmin edildiyini, bunun mənbəyində isə xalqın iradəsinin, xalq-iqtidar biriliyinin durduğunu deyən dövlət başçısı ölkəmizin təhlükəsizlik, əmin-amanlıq şəraitində uğurla inkişaf etdiyini, inkişaf parametlərinə və vətəndaş həmrəyliyinə görə dünyada nümunəvi ölkələrdən olduğunu bildirdi. Xalqın həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışan prezident İlham Əliyev əsas məqsədin dövlətin qüdrətini artımaqdan və müstəqilliyimizi möhkəmləndirməkdən ibarət olduğunu vurğuladı. Dövlət başçısı bildirdi ki, son 14 ildə ölkədə 30 elektrik stansiyası tikilib, Azərbaycan elektrik enerjisini ixrac edən ölkəyə çevrilib. Ölkə üzrə qazlaşdırma 93 faizə çatıb, içməli su və kanalizasiya problemləri uğurla həll olunub, kənd təsərrüfatının inkişafı üçün meliorativ tədbirlər görülüb, 4 su anbarı tikilib, 12300 kilometr yol çəkilib və bu il bu rəqəm 15 min kilometrə çatdıralacaq. Bundan əlavə, ölkədə 7 aeraport, ələt dəniz ticarət limanı, gəmiqayırma zavodu inşa olunub. Son 14 ildə iqtisadiyyatımız 3,2 dəfə artıb, qeyri-neft iqtisadiyyatı, sənaye, kənd təsərrüfatı sahələrində də ciddi artım əldə olunub. Valyuta ehtiyatlarımız 23 dəfə artaraq 42 milyard dollara çatıb. Bütün bunların isə ölkəmizə siyasi və iqtisadi müstəqillik verdiyini deyən prezident İlham Əliyev bildirdi ki, son 14 ildə ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub. Ölkəmizdə demoqrafik proseslərin də sürətlə getdiyini, ötən 14 ildə əhalimizin 1,5 milyon nəfər artdığını deyən prezident İlham Əliyev vurğuladı ki, bu dövrdə maaş və pensiyalar dəfələrlə artıb, önəmli sosial layihələr icra olunub, minlərlə məktəb, yüzlərlə tibb müəssisəsi, olimpiya-idman kompleksləri inşa olunub. Sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılıb, “Asan xidmət” mərkəzlərinin yaradılması ictimai xidmətlər sahəsində bir inqilaba çevrilib. Kosmik ölkəyə çevrilən Azərbaycanda icra olunan nəqliyyat və energetika layihələri ölkəmizin üzunmüddətli və uğurlu inkişafını şərtləndirib. Bakı-Tbilisi-Qars dəmir yolunun bölgədə nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində son illərdə həyata keçirilən ən önəmli layihə olduğunu deyən dövlət başçısı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin əhəmiyyətini vurğuladı, bütün bu layihələrin ölkəmizin uzunmüddətli inkişafına şərait yaratdığını bildirdi. Yeni iş yerlərinin açılmasının daimi proses olmasının vacibliyini vurğulayan prezident İlham Əliyev yekun nitqində özünüməşğulluq, həmçinin, ailə biznesinə asan dəstək - abad proqramının əhəmiyyətindən danışdı. Dövlət başçısı turizmin, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması, ixrac məhsulları üçün yeni bazarların tapılması və ixracdan asılılığın azaldılması istiqamətində tədbirlərin görülməsi ilə bağlı tapşırıqlarını verdi.

19:00 / 29.01.2018
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 1328
Bu ay: 308006
Ümumi: 13797622
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın