/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Dağlıq Qarabağ münaqişəsi ATƏT-in diqqət mərkəzindədir

Şriftin ölçüsü:  11px13px15px17px

İtaliya 2018-ci ildə ATƏT-ə sədrliyi dövründə bütün diqqəti həll olunmamış münaqişələrə yönəldəcək. Qurumun hazırki sədri, İtaliyanın xarici işlər naziri Angelino Alfano Vyanada Daimi Şuranın iclasında 2018-ci ildə fəaliyyət prioritetlərini açıqlayarkən belə deyib. Bu arada, həmsədr ölkələrdən biri - Fransada bəzi əyalətlərin separatçı Dağlıq Qarabağ rejimi ilə dostluq əlaqələrinin qurulması, hətta orda Qarabağ günlərinin keçirilməsinə dair məlumatlar yayılıb. Azərbayan Xarici İşlər Nazirliyindən bildirilib ki, bununla bağlı Fransa hökuməti yerli özünü idarəetmə qurumlarının beynəlxalq əməkdaşlıq sahəsində səlahiyyət məhdudiyyətlərinə dair xəbərdarlıq edib. Yerli orqanların Fransa hökumətinin tanımadığı qeyri-qanuni rejimlər, o cümlədən qondarma Dağlıq Qarabağla beynəlxalq əməkdaşlığa dair sənədlər imzalamasına qadağa qoyulur. Təcrübə göstərir ki, belə qəsəbə və şəhərciklərin rəhbərləri ərazidə yaşayan erməni icmasının yerli seçkilərdə dəstəyini qazanmaq üçün belə özfəaliyyətlə məşğul olurlar. Rəsmi Bakı hesab edir ki, Fransa tərəfi ATƏT-in Minsk qrupunun həmsədri olaraq qondarma rejimin təmsilçilərinin şengen viza qaydalarını pozaraq, Ermənistanın diplomatik pasportları ilə Fransa ərazisinə daxil olmasının qarşısını almaq üçün zəruri tədbirlər görməlidir.

19:00 / 11.01.2018
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 317
Bu ay: 333671
Ümumi: 12512058
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın