
Ermənistan prezidenti Serj Sərkisyan xəstəxanaya yerləşdirilib. Yeni ildə səhhəti pisləşdiyindən onu Nairi Tibb Mərkəzinə gətiriblər. Hətta o, səhhəti ilə əlaqədar Eçmiədzin kilsəsində ənənəvi olaraq 5-6 yanvar tarixlərində keçirilən dini mərasimlərdə də iştirak edə bilməyib. Məlumatı Sərkisyanın məbuat katibi də təsdiqləyib, onun soyuqdəyməsi olduğunu bildirib. Amma bəzi erməni qəzetləri Sərkisyanın səhhətinin pisləşməsini bu ilin martında keçiriləcək prezident seçkilərilə əlaqələndirir. Bildirilir ki, erməni parlamenti mart ayının ilk ongünlüyündə yeni prezidenti seçəcək və parlament formasına keçid rəsmən sona çatacaq. Sərkisyan isə seçkidən əvvəl istefaya gedəcək. Yeni prezident səlahiyyətlərinin icrasına aprelin 9-da başlayacaq. İrəvanda hesab edirlər ki, bu seçkilər Sərkisyan üçün o qədər də asan olmayacaq.
21:00 / 09.01.2018