/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

XİN 2017-nin hesabatını verdi

Şriftin ölçüsü:  11px13px15px17px

Bu ilin ikinci yarısı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesində canlanma ilə yadda qalıb. Xarici İşlər Nazirliyinin 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirilib ki, bu ildə də Ermənıstan status-kvonu saxlamaq siyasəti yürüdüb. 2017-c il Ermənistanın danışıqlar masasına qayıtmasına şahid olduq. Ölkəmiz müstəqil, çoxistiqamətli, tarazlaşdırılmış xarici siyasət kursunu, ermənistan isə hərbi təcavüzünü davam etdirdi. Bu il hər iki ölkə başçılarının və xarici işlər nazirlərinin görüşü baş tutdu. Amma nəticə dəyişmədi. Ümumiyyətlə, 2017-c il ölkəmiz üçün əlamətdar oldu. 70-ə yaxın ölkə ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasnın 25 illiyi qeyd edildi. 90-dan çox ikitərəfli beynəlxalq sənəd imzalandı. İlin müzakirə mövzularından biri də atət sədrinin şəxsi nümayəndəsi ofisinin genişləndirilməsi məsələsi oldu. Və Azərbaycan təklifi müsbət dəyərləndirib. Hesabatda o da vurğulanıb ki, nazirliyin arzuolunmazlar siyahısında 600-dək ad var. 10-a yaxın şəxs adının çıxarılması ilə bağlı müraciət edib. Bu müraciətlərin əksəriyyəti təmin olunub. Bundan başqa, bildirilib ki, gələn il aprelın 3-6-da Bakı qoşulmama hərəkatı xarici işlər nazirlərinin toplantısına ev sahibliy edəcək. 2019-2022-ci illərdə isə Azərbaycan qoşulmama hərəkatına sədrlik edəcək.

Fidan Əliheydər

21:00 / 28.12.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 7740
Bu ay: 275781
Ümumi: 13765397
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın