/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Rusiya xarici işlər nazirlərinin görüşünün nəticəyönümlü olmasında maraqlıdır

Şriftin ölçüsü:  11px13px15px17px

Rusiya Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin yanvarda keçiriləcək görüşünün nəticəyönümlü olmasında maraqlıdır. Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin belə deyib. Onun sözlərinə görə, 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin intensivləşməsinə baxmayaraq hələ də konsensusa gəlinməyib. Rusiyalı diplomat münaqişə zonasında vəziyyətin kəskinləşməsinə qarşı mümkün tədbirlərin nəzərdən keçirildiyini və ATƏT-in müşahidə missiyasının genişləndirilməsilə bağlı tərəflərə konkret təkliflər verildiyini deyib. O, nazirlərin yanvar görüşündə bu təkliflərin də müzakirə olunacağını açıqlayıb. Karasinə görə, Rusiyanın Qarabağ münaqişəsinə dair vahid mövqeyi sülh yolu ilə həlli dəstəkləməkdir və Moskva bundan sonra da vasitəçilik öhdəliyinə sadiq qalacaq.

21:00 / 27.12.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 3893
Bu ay: 238798
Ümumi: 14373159
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın