/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Gürcüstanın Ermənistan üçün əlavə tranzit dəhlizi açması yolverilməzdir

Şriftin ölçüsü:  11px13px15px17px

“Gürcüstanın Ermənistan üçün əlavə tranzit dəhlizi açması yolverilməzdir. Bu məsələdə Azərbaycanın maraqları mütləq nəzərə alınmalıdır.” Gürcü ekspertlər bu fikirdədirlər. Politoloq Quram Marxuliya hesab edir ki, Ermənistan üçün alternativ yolun açılması həm siyasi, həm də iqtisadi cəhətdən məqsədəuyğun deyil. “Bu məsələdə Gürcüstanın Azərbaycanla geosiyasi birliyi nəzərə almalıdır. Ümid edirik ki, Ermənistan üçün yeni yol açılmayacaq və Gürcüstan ictimaiyyəti də buna yol verməz”, - deyə gürcü ekspert bildirib. Politoloq Badri Naçkebiyaya görə isə, rəsmi Tbilisi heç bir halda strateji tərəfdaşı olan Azərbaycanın maraqlarına zidd olan addım atmamalıdır. Qeyd edək ki, bu yaxınlarda Gürcüstan baş naziri Giorgi Kvirikaşvili Cənubi Osetiyadan keçən dəhlizdən Ermənistanın fors major hallarda istifadə edə biləcəyi barədə bəyanatla çıxış edib.

13:00 / 27.12.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 34
Bu gün: 11562
Bu ay: 436089
Ümumi: 15202630
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın