/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Prezident İlham Əliyev Rusiyadan olan bir qrup müsəlman din xadimlərini qəbul edib

Şriftin ölçüsü:  11px13px15px17px

Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz Respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev Bakıda keçirilən “2017– İslam həmrəyliyi ili: dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransa toxunaraq bu tədbirin müxtəlif dinlərin və xalqların bir-birinə daha da yaxınlaşması, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyini deyib. Prezident İlham Əliyev qeyd edib, ki, Azərbaycan dünya müsəlmanlarının həmrəyliyi, müsəlman ölkələri arasında əməkdaşlıq işinə bundan sonra da öz töhfəsini verəcək və bu baxımdan təsis olunacaq koordinasiya şurası gələcək birgə fəaliyyətin həyata keçirilməsi üçün yaxşı imkan yaradacaq. Qonaqlar adından danışan Qaraçay-Çərkəz Respublikasının müftisi İsmail Berdiyev beynəlxalq konfransın yüksək səviyyədə təşkil olunması işinə verdiyi dəstəyə görə Azərbaycan prezidentinə dərin təşəkkürünü bildirib. Müsəlman ölkələrində narahatlıq doğuran problemlərin mövcud olduğunu deyən prezident İlham Əliyev bunların aradan qaldırılması üçün müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsinin böyük önəm daşıdığını deyib və Azərbaycanın bu işə bundan sonra da töhfə verməkdə davam edəcəyini vurğulayıb.

21:00 / 22.12.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 22610
Bu ay: 127882
Ümumi: 14262243
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın