/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Prezident İlham Əliyev: «Biz çalışmalıyıq ki, müsəlman aləmində birlik, həmrəylik təmin olunsun»

Şriftin ölçüsü:  11px13px15px17px

Bakıda, Heydər Əliyev Mərkəzində “2017 - İslam həmrəyliyi ili: dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Prezident ilham əliyev konfransın açılış mərasimində iştirak edib. Prezident İlham Əliyevin sərəncamı ilə elan edilən “İslam həmrəyliyi ili”nin yekunlaşması ilə bağlı keçirilən konfransda 40-a yaxın ölkədən 150-dək nümayəndə qatılmışdı. Konfrans müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başladı. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfələr verir. Bu məsələ bizim üçün prioritet məsələlərdən biridir. Azərbaycan qədim tarixə malik olan bir ölkədir. Azərbaycan xalqı əsrlər boyu öz milli mənəvi dəyərlərini yaşadıb və qoryub. İslam dəyərləri isə milli mənəvi dəyərlərimizin tərkib hissəsidir. Dövlət başçısı bildirdi ki, biz fəxr edirik ki, müsəlman aləminin ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş, Azərbaycan xalqı tərəfindən qorunmuş və bir neçə il bundan əvvəl əsaslı şəkildə bərpa edilmiş Şamaxı cümə məscidi bizim böyük sərvətimizdir. Bu məscid onu göstərir ki, Azərbaycan qədim müsəlman diyarıdır. «Azərbaycan beynəlxalq aləmdə müsəlman ölkələri ilə çox yaxın münasibətlər qura bilib» deyən prezident İlham Əliyev qeyd etdi ki, biz çalışırıq və çalışmalıyıq ki, bütün müsəlman aləmində birlik, həmrəylik təmin olunsun. Dövlət başçısı bildirdi ki, bu gün bizim bizim əsas problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. İşğal edilmiş torpaqlarımızda bütün binalar dağıdılıb. Bizim tarixi, dini abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən dağıdılıb. Bu dağılmış məscidlərin fotoşəkilləri indi internetdə kifayət qədər dərc edilib, bunu hər bir insan görə bilər. Azərbaycan dövləti və Azərbaycan xalqı öz torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək.Prezident İlham Əliyev çıxışını bitirdikdən sonra İran prezidenti Həsən Ruhaninin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, Özbəkistan prezidenti Şavkat Mirziyoyevin, müqəddəs taxt-tacın, Konstantinopol patriarxı I Varfolomeyin, Moskva və bütün Rusiya patriarxı Kirillin, ümumgürcüstan katolikos-patriarxı II İliyanın konfrans iştirakçılarına müraciət məktubları oxundu. Dünya müsəlmanları adından beynəlxalq konfrans iştirakçılarına müraciət edən ISESCO-nun baş direktoru Əbdüləziz Əl-Tuveycri İslam həmrəyliyi, dinlər və mədəniyyətlərarası dialoq işinin möhkəmləndirilməsində Azərbaycanın artan rolunu xüsusi vurğuladı. Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri Şeyxülislam Allahşükür Paşazadə beynəlxalq konfransda məruzə ilə çıxış etdi. Prezident ilham əliyevin elan etdiyi “Multikulturalizm ili”ni və “İslam həmrəyliyi ili”ni Azərbaycan dövlətinin dünyada gedən proseslərə özəl, dəyərli töhfəsi olduğunu vurğulayan Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə “İslam həmrəyliyi ili” çərçivəsində bir çox ölkələrdə təşkil etdiyi beynəlxalq tədbirlər barədə məlumat verdi.

21:00 / 21.12.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 9794
Bu ay: 115066
Ümumi: 14249427
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın