/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Prezident İlham Əliyev beynəlxalq konfrans iştirakçılarını qəbul etdi

Şriftin ölçüsü:  11px13px15px17px

Prezident İlham Əliyev Bakıda “2017 - İslam həmrəyliyi ili: dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfrans iştirakçılarını qəbul edib. Prezident İlham Əliyev İranın prezident aparatının rəhbəri Mahmud Vaezi ilə görüşdü. Qonaq Bakıda keçirilən beynəlxalq konfransın əhəmiyyətini vurğulayaraq, tədbirdə 40-dək ölkədən, 8 beynəlxalq təşkilatdan nümayəndələrin iştirakını konfransın önəminin göstəricisi olduğunu qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, Bakıda keçirilən konfransda yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunması iranın dinlər və mədəniyyətlərarası dialoqa böyük önəm verdiyini göstərir. Prezident İlham Əliyev Türkiyə diyanət işləri başqanı Əli Ərbaş ilə görüşdü. Dövlətmizin başçısı, Əli Ərbaşı Türkiyə diyanət işləri başqanı təyin olunması münasibətilə təbrik etdi və Türkiyənin konfransda yüksək səviyyədə təmsil olunmasının önəmini vurğuladı. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının İslam işləri, dəvət və irşad nazirinin birinci müavini Tofiq Əl-Sudeyrini qəbul etdi. Tofiq Əl-Sudeyri 1998-ci ildə Azərbaycana səfəri zamanı ümummilli lider Heydər Əliyev ilə görüşünü dərin ehtiramla xatırladı. Həm Səudiyyə Ərəbistanı Kralı, həm də Səudiyyə xalqı Azərbaycan prezidentinə, hökumətinə və xalqına böyük məhəbbət və dostluq hissləri bəsləyir. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan torpaqlarını işğal edən, müsəlman abidələrini və məscidlərimizi dağıdan Ermənistanla Səudiyyə Ərəbistanının hər hansı əlaqəni qurmaması Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyev Misir diyarının müftisi Şövqi İbrahim Allam ilə görüşdü. Bu konfransın İslam həmrəyliyinin gücləndirilməsinə böyük töhfə olduğunu deyən dövlətimizin başçısı dini rəhbərlərin bir yerdə olmasının mühüm əhəmiyyət daşıdığını dedi. Müft Şövqi İbrahim Allam beynəlxalq konfranasın müxtəlif dinlərin və sivilizasiyaların bir-birinə daha da yaxınlaşması işinə xidmət etdiyini vurğuladı. Prezident İlham Əliyev Özbəkistan prezidentinin dövlət müşaviri Rüstəm Kamilov ilə görüşdü. Dövlət başçısı beynəlxalq konfransda Özbəkistanın yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunduğuna görə minnətdarlığını ifadə etdi və “İslam həmrəyliyi ili” çərçivəsində qardaş ölkədə də konfransın keçirilməsinin əhəmiyyətini vurğuladı. Tolerantlığın əhəmiyyətindən danışan qonaq insanların birgə yaşayaraq, ölkənin inkişafı üçün çalışmalarının önəmini vurğuladı. Prezident İlham Əliyev ISESCO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tuveycrini qəbul etdi. Əl-Tuveycri beynəlxalq konfransın yüksək səviyyədə təşkilinə verdiyi dəstəyə görə dövlət başçısına minnətdarlığını bildirdi. Konfransın əhəmiyyətini vurğulayan Əbdüləziz Osman Əl-Tuveycri tədbirdə müxtəlif ölkələrdən ayrı-ayrı dinlərin nümayəndələrinin iştirakının önəmini qeyd etdi. Dövlətimizin başçısı Əbdüləziz Osman Əl-Tuveycrinin konfransdakı çıxışı zamanı və eləcə də digər tədbirlərdə hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nümayiş etdirdiyi ədalətli mövqeyi yüksək qiymətləndirdi. Görüşdə Azərbaycan ilə ISESKO arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi və əlaqələrimizin bundan sonra daha da möhkəmlənəcəyinə əminlik ifadə olundu.

21:00 / 21.12.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 3948
Bu ay: 238853
Ümumi: 14373214
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın