/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Prezident İlham Əliyev xalq rəssamı, heykəltəraş Ömər Eldarova “Heydər Əliyev” ordenini təqdim edib

Şriftin ölçüsü:  11px13px15px17px

Prezident İlham Əliyev xalq rəssamı, heykəltəraş Ömər Eldarova “Heydər Əliyev” ordenini təqdim edib. Dövlət başçısı Ömər Eldarovu qarşıdan gələn yubileyi münasibətilə təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb. Ulu öndər Heydər Əliyevin Ömər Eldarovun sənətini hər zaman yüksək qiymətləndirdiyini deyən dövlətimizin başçısı onun yaratdığı əsərlərin yüksək mədəniyyət nümunəsi olduğunu vurğulayıb. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin və görkəmli alim, akademik Zərifə Əliyevanın, həmçinin Azərbaycan mədəniyyətinin bir sıra məşhur simalarının – Məhəmməd Füzulinin, Natəvanın, Hüseyn Cavidin, Üzeyir Hacıbəylinin, Niyazinin və digərlərinin abidələrinin müəllifi olan Ömər Eldarovun ölkəmizin hüdudlarından uzaqlarda da tanındığını, onun yaratdığı abidələrin xarici ölkələrdə də ucaldıldığını məmnunluqla qeyd edib. Xalq rəssamı, heykəltəraş Ömər Eldarov onun fəaliyyətini yüksək qiymətləndirdiyinə və “Heydər Əliyev” ordeni ilə təltif etdiyinə görə prezident İlham Əliyevə təşəkkürünü bildirib və bundan qürur duyduğunu deyib.

21:00 / 20.12.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 2126
Bu ay: 151867
Ümumi: 14286228
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın