/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Prezident İlham Əliyev Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının icraçı direktorunu qəbul edib

Şriftin ölçüsü:  11px13px15px17px

Prezident İlham Əliyev Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının icraçı direktoru Malkolm Honlaynı qəbul edib. Malkolm Honlayn prezident İlham Əliyevlə bundan əvvəl keçirdikləri görüşləri məmnunluqla xatırlayıb. Qonaq Bakıya hər dəfə gəldikdə burada gördüyü dəyişikliklərin və inkişafın onda dərin təəssürat yaratdığını qeyd edib. O, Bakıda keçiriləcək “2017-İslam həmrəyliyi ili: dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda iştirakından məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev Bakıda keçiriləcək “2017-İslam həmrəyliyi ili: dinlər və mədəniyyətlərarası dialoq” beynəlxalq konfransının əhəmiyyətini qeyd edərək, Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının icraçı direktoru Malkolm Honlaynın bu tədbirdə iştirakının önəmini vurğulayıb, konfransın dinlər və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib. Görüşdə, eyni zamanda, Azərbaycan-ABŞ münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub.

21:00 / 20.12.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 2056
Bu ay: 308734
Ümumi: 13798350
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın