/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

XİN başçılarının beşinci toplantısı keçirildi

Şriftin ölçüsü:  11px13px15px17px

Sabah Nyu York vaxtı ilə saat 10-da BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutacaq. Burda Azərbaycan, Türkiyə və İran Qüdslə bağlı ortaq mövqeyini bildirəcək. Bu barədə hər 3 ölkənin xarici işlər nazirlərinin Bakıda keçirilən 5-ci görüşündə məlumat verilib. Tərəflər bir sıra vacib məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 5-ci dəfə əl-ələ verdilər, önəmli mövzuları masa üzərinə qoydular. Bu aralar dünyanın diqqətindən düşməyən qüds məsələsində həmfikir olduqlarını dilə gətirdilər. Amerikanı qərarından geri dönməyə çağırdılar. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin də qısa müddətdə həll olunmasının vacibliyini qeyd etdilər. Bu arada, türkiyəli nazir Ermənistan rəhbərliyinin ölkəsi ilə imzalanmış protokolların gələn ilin baharına qədər ləğv ediləcəyinə dair açıqlamasına münasibət bildirdi. Türk deyimindən istifadə edərək “Ermənistan həm suçlu, həm də güclü” dedi. Gələn il yanvarın ortalarında Avropa öıkələrinin birində ermənistanlı həmkarı ilə görüşəcəyini bəyan edən Elmar Məmmədyarov isə konkret nəticə gözlədiyini bildirdi. Əlaqələrin genişləndirilməsi, beynəlxalq və regional məsələlərin müzakirəsi ilə Zəngin- üçtərəfli görüşün yekununda Bakı bəyyanaməsi qəbul edildi. Növbəti-6-cı toplantının Türkiyədə keçirilməsinə dair razılıq əldə olundu.

Fidan Əliheydər

21:00 / 20.12.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 9724
Bu ay: 114996
Ümumi: 14249357
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın