/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Prezident İlham Əliyev Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatorunu qəbul edib

Şriftin ölçüsü:  11px13px15px17px

Prezident İlham Əliyev Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Həştərxanda Azərbaycan biznes mərkəzinin inşa olunduğunu deyən qubernator Aleksandr Jilkin qeyd edib ki, bu biznes mərkəzi vilayətdə logistik qovşağın yaradılmasına xidmət edəcək. Aleksandr Jilkin Həştərxanda görülən işlərə verdikləri dəstəyə görə Azərbaycan prezidentinə, Heydər Əliyev Fonduna, Azərbaycanın birinci vitse-prezidenti, fondun prezidenti Mehriban Əliyevaya, fondun vitse-prezidenti Leyla Əliyevaya xüsusi təşəkkürünü ifadə edib. Görüşdə 2018-ci ildə Həştərxan vilayəti tərəfindən Xəzər dənizində səyahət gəmilərinin buraxılması və bunun Xəzər hövzəsi ölkələri arasında turizmin inkişafına töhfə verəcəyi qeyd olunub. Həştərxan vilayəti ilə Azərbaycan arasında nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsi, Azərbaycanın kənd təsərrüfatı məhsullarının vilayət vasitəsilə Rusiya bazarlarına çıxarılması sahəsində birgə tədbirlər haqqında danışılıb.

21:00 / 19.12.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 22859
Bu ay: 128131
Ümumi: 14262492
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın