/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirildi

Şriftin ölçüsü:  11px13px15px17px

Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan prezidenti Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Milli Olimpiya Komitəsinin icraiyyə komitəsinin üzvü Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Milli Olimpiya Komitəsinin foyesində “IV İslam həmrəyliyi oyunları Azərbaycan fotoqraflarının gözü ilə” mövzusunda sərgi ilə tanış oldular. Dövlət başçısı tədbirdə çıxış etdi. Bildirdi ki, idmançılarmızın qazandıqları medalların sayı bu il kifayət qədər çoxdur. Azərbaycan idmançıları bu il bütün beynəlxalq yarışlarda 851 medal qazanıblar ki, onlardan 347-si qızıl medaldır. Bu, onu göstərir ki, idmanın inkişafı dinamik xarakter daşıyır və idmançılarımız ardıcıl olaraq böyük qələbələr qazanırlar. Dövlət başçısı bu il şahmatçılarımızın üçüncü dəfə Avropa çempionu, idmançımız - Məmmədrəsul Məcidov və Hacı Əliyevin boks və sərbəst güləş üzrə üçqat dünya çempionu Azərbaycan idman məktəbinin yetirməsi Ramil Quliyevin yüngül atletika üzrə dünya çempionu olmasını tarixi qələbə adlandırdı. Prezident İlham Əliyev bildirib ki, komanda idman növlərində də idmançılarımız çox yaxşı nəticələr göstərib. Dövlət başçısı Gimnastika Federasiyasının nümayəndəsi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsini uğur adlandırdı. Prezident İlham Əliyev Bakıda keçirilən mötəbər beynəlxalq yarışların bütün dünyanın diqqətini cəlb etdiyni bildirdi. Qeyd etdi ki, idmanın inkişafı bundan sonra da diqqət mərkəzində olacaq. Sonra 2017-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olundu. Prezident İlham Əliyev 2017-ci ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim etdi. Daha sonra Milli Olimpiya Komitəsinin icraiyyə komitəsinin üzvü, miniatür kitab muzeyinin təsisçisi və rəhbəri, əməkdar incəsənət xadimi Zərifə Salahova Azərbaycan prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya xatirə hədiyyələri təqdim etdi.

21:00 / 18.12.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 13443
Bu ay: 422859
Ümumi: 13912475
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın