/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Prezident İlham Əliyev Sumqayıtda istesalat sahələrinin açılışında iştirak etdi

Şriftin ölçüsü:  11px13px15px17px

Prezident İlham Əliyev Sumqayıt şəhərndə səfərdə olub. Dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olub, burda bir sıra təməlqoyma və açılış mərasimlərində iştirak edib. Prezident İlham Əliyev Sumqayıta səfəri çərçivəsində ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Dövlət başçısı sonra Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış oldu. Yeni müəssisələrin təməlqoyma və açılış mərasimlərində iştirak etdi. Dövlət başçısına burada görülən işlərlə bağlı məlumat verildi. Bildirildi ki, parkın rezidenti olan “STP” Məhdud Məsuliyyətli Cəmiyyəti müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış zavodlar kompleksidir. Prezident İlham Əliyev parkın ərazisində “Azerfloat” Qapalı Səhmdar Cəmiyyətinin termoformasiya metodu ilə şüşə istehsalı zavodunun təməlini qoydu. Zavodun məhsullarının Rusiya, Gürcüstan və Orta asiya Ölkələrinə ixrac edilməsi planlaşdırılır. Burada 180 nəfər işlə təmin olunacaq. Dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkının ərazisində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yunəyrici-boyaq fabrikinin də təməlqoyma mərasimində iştirak etdi. Daha sonra prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Gilan sənaye qrupu”na daxil olan “Aqrokimya Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin pestisidlər istehsalı zavodunun birinci mərhələsinin açılışında iştirak etdi. Prezident İlham Əliyevin iştirakı ilə parkın ərazisində “STDC” Məhdud Məsuliyyətli Cəmiyyətinin məlumatların emalı, qeydə alınması və ötürülməsi mərkəzinin açılışı oldu. Bildirildi ki, burada ABŞ texnologiyasından istifadə olunacaq. Bu layihə yeni iş yerlərinin yaradılması baxımından da əhəmiyyətlidir. Belə ki, müəssisədə ilkin mərhələdə 100 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Dövlət başçısı müəssisənin kollektivi ilə görüşdü. Prezident İlham Əliyev Sumqayıtda Bayraq Muzeyinin açılışında iştirak etdi, rəmzi açılışını bildirən lenti kəsdi. Burada Azərbaycan xanlıqlar dövrünə aid maddi mədəniyyət nümunələri nümayiş olunur. Prezident İlham Əliyev Sumqayıtda Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin “Kimyaçı” mədəniyyət sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış oldu. “Kimyaçı” mədəniyyət sarayında təsviri və tətbiqi incəsənət, əl ilə toxuma dərnəkləri fəaliyyət göstərir. Prezident İlham Əliyev sumqayıtlı sənətkarların əl işləri ilə tanış oldu. Mədəniyyət sarayının qarşısındakı 5 hektarlıq meydanda geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri aparılıb. Prezident İlham Əliyev Sumqayıta səfəri çərçivəsində şəhərin Lüdviqşafen parkında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış oldu. Parkda geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Şəhərin 9-cu mikrorayonunun ərazisində yerləşən Lüdviqşafen parkı müasir səviyyədə yenidən qurulub. Bu istirahət məkanı Sumqayıt şəhəri ilə qardaşlaşmış Almaniyanın lüdviqşafen Şəhərinin şərəfinə salınıb. Prezident ilham Əliyev “Baku Steel Company” MMC-nin Sumqayıt Boruyayma Zavodunun yenidənqurmadan sonra açılışında iştirak etdi. Dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verdi. Dövlət başçısı zavodu işə saldı.

21:00 / 15.12.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 15
Bu gün: 12640
Bu ay: 422056
Ümumi: 13911672
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın