/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Azərbaycan Britaniya əlaqələri inkişaf edir

Şriftin ölçüsü:  11px13px15px17px

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhedin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Ölkələrimiz arasında iqtisadi əlaqələrin yaxşı tarixə malik olduğunu və Böyük Britaniyanın Azərbaycanın ən böyük xarici investoru olduğunu vurğulayan prezident İlham Əliyev BP şirkətinin Azərbaycanın qlobal enerji layihələrində əsas tərəfdaşı olmasının önəmini qeyd edib. Eyni zamanda, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük işlər görüldüyünü deyən dövlətimizin başçısı gələcəkdə qeyri-energetika sahəsində də böyük Britaniya şirkətlərinin həm investor, həm də podratçı kimi iştirakının genişlənməsində ölkəmizin maraqlı olduğunu bildirib. Baronessa Rona Feyrhed Azərbaycanın müstəqillik illəri ərzində əldə etdiyi nailiyyətlərin çox böyük təəssürat yaratdığını deyib. Britaniya hökumətinin Azərbaycanla ikitərəfli münasibətlərə çox böyük önəm verdiyini deyən qonaq Azərbaycanın ölkəsinin mühüm strateji tərəfdaşı olduğunu bir daha qeyd edib.

21:00 / 14.12.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 12
Bu gün: 13006
Bu ay: 422422
Ümumi: 13912038
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın