/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Prezident İlham Əliyev:- Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır

Şriftin ölçüsü:  11px13px15px17px

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının hazırkı sədri Türkiyənin təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə zirvə toplantısı keçirilib. Prezident İlham Əliyev həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə zirvə toplantısında iştirak edib. “Qüdslə həmrəylik üçün birlikdə hərəkət” devizi altında keçirilən zirvə toplantısına 50-dək ölkədən dövlət və hökumət başçıları qatılmışdı. Tədbir müqəddəs “Qurani-kərim”dən ayələrin oxunması ilə başladı. İslamın ilk qibləsi və üç müqəddəs məscidindən biri olan Əl-Aqsanın yerləşdiyi Qüds şəhərinin tarixi və hüquqi statusuna edilən təcavüzü müzakirə etmək üçün bir araya gəldiklərini diqqətə çatdıran Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın dekabrın 6-da beynəlxalq hüquqa məhəl qoymayaraq Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bildirdi. Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırdı ki, BMT Təhlükəsizlik Şurasının vaxtilə qəbul etdiyi qərara əsasən heç bir ölkə qüdsdə səfirlik aça bilməz. Fələstin dövlətinin prezidenti Mahmud Abbas bütün dünya ölkələrinin Donald Trampın qərarına qarşı olduğunu və göstərilən həmrəyliyin bu niyyətin həyata keçməyəcəyinə əminlik yaratdığını vurğuladı. “Bütün ümmət birləşərək Qüdsün işğalına qarşı mübarizə aparmalı, bu şəhərin xarakterinin dəyişdirilməsinə icazə verməməlidir”, - deyən Mahmud Abbas ABŞ prezidentinin bu addımının beynəlxalq müqavilələri və BMT Təhlükəsizlik Şurasının qərarlarını açıq təhdid etdiyini dedi. İordaniya kralı II Abdullah qeyd etdi ki, müsəlmanların qəlbində xüsusi yeri olan Qüdslə bağlı ABŞ-ın qərarı olduqca təhlükəlidir. Bu qərar bölgədə sülhü və sabitliyi təhdid edir. Sonra İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin çıxış etdi. O, əsas məqsədi bütün müsəlman ümmətinin hüquqlarının qorunması olan bu toplantının əhəmiyyətindən danışdı, ABŞ prezidentinin Qüdslə bağlı verdiyi qərarın bütün beynəlxalq normalara zidd olduğunu bildirdi. ABŞ administrasiyasının bu yanlış qərarına müsəlman aləminin dərhal reaksiya verməsinin əhəmiyyətli olduğunu deyən İran prezidenti Həsən Ruhani Birləşmiş Ştatların bu qərarının arxasında təhlükəli meyillərin dayandığını diqqətə çatdırdı. Sonra Azərbaycan prezidenti İlham Əliyev çıxış etdi. Dövlətmizin başçısı bildirdi ki, Amerika Birləşmiş Ştatları prezidentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olan Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı bizdə böyük narahatlıq yaradır. Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır. İlham Əliyev bildirdi ki, Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Prezident İlham Əliyev həmçinin bildirdi ki, Azərbaycan İslam Həmrəyliyi işinə böyük töhfə verir. Azərbaycan islamofobiyaya qarşı fəal mübarizə aparan ölkələrin ön sırasındadır. İslam sülh, mərhəmət, bərabərlik dinidir. Dövlətmizin başçısı diqqəti Ermənitstan Azərbaycan münaqişəsinədə yönəltdi. Xatırladaq ki, dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüdsün İsrail dövlətinin paytaxtı kimi tanınması və Birləşmiş Ştatların səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarını açıqlayıb. Bu qərar təkcə müsəlman dövlətlərində deyil, dünyanın əksər ölkələrində ciddi etirazlarla qarşılanıb.

21:00 / 13.12.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 12
Bu gün: 12778
Bu ay: 422194
Ümumi: 13911810
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın