/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

ABŞ-ın laqeydliyi meydanın Rusiyaya verilməsinə gətirib çıxarır

Şriftin ölçüsü:  11px13px15px17px

“ABŞ-ın Cənubi Qafqaza laqeydliyi Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasına və meydanın Rusiyaya verilməsinə gətirib çıxarır.” Amerika xarici siyasət şurasının baş elmi əməkdaşı, professor Stefan Blankın “The hill” qəzetində dərc edilmiş məqaləsində belə deyilir. Müəllifə görə, Rusiya məqsədli şəkildə Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsini “Əbədiləşdirir”, bu münaqişədən Ermənistanda hərbi iştirakını gücləndirmək və tərəflər üzərində təsirini qorumaq üçün istifadə edir. Amerikalı müəllif etiraf edir ki, Vaşinqton Azərbaycanın ərazi bütövlüyünə, Dağlıq Qarabağ məsələsinin ədalətli həllinə laqeydlik göstərib. “Əgər biz Dağlıq Qarabağ münaqişəsini görməməzlikdən gəlməkdə davam etsək, o zaman bu münaqişə daha qızğın müharibəyə çevriləcək. Nə qədər ki, ABŞ və Avropa müharibəyə gəlib çıxmayanadək bu problemə ciddi yanaşmayacaq, Rusiya regiona hakim kəsiləcək.” Deyə professor Blank bildirib.

13:00 / 12.12.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 15
Bu gün: 13733
Bu ay: 504653
Ümumi: 16297895
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın