/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

«leyla Yunusun parlaqlığı və səfaləti» kitabının təqdimatı keçirilib

Şriftin ölçüsü:  11px13px15px17px

“Çalış, azərbaycanlılara inanma!”. Bu fikirlər özünü hüquq müdafiəçisi adlandıran Leyla Yunusun qızına yazdığı məktubdandır. Bu gün Vəkillər Kollegiyasının rəyasət heyətinin üzvü Elçin Qəmbərovun "Leyla Yunusun parlaqlığı və səfaləti" adlı kitabının təqdimatı keçirilib. Kitabda Leyla Yunusun vətənə xəyanətindən, ermənipərəst və anti-Azərbaycan qüvvələrinin əlində alət kimi Azərbaycan dövlətinin müsatəqilliyinə zərbə vurmasından bəhs edilir. “Leyla Yunusun parlaqlığı və səfaləti” adlı kitabın müəllifi, Vəkillər Kollegiyasının üzvü, 1 il 6 ay müddətində Leyla Yunusu müdafiə edən vəkil Elçin Qəmbərovdur. Vəkili hiddətləndirən Leyla Yunusun xaricə gedəndən sonra onu hökümətə işləməkdə ittiham etməsi olub. Kitabda Leyla Yunusun Azərbaycanda yaşadığı dövrdə, "Sülh və demokratiya instiutu" adı altında dəfələrlə Ermənistana səfər edərək, orada Azərbaycan əleyhinə müxtəlif görüşlər keçirməsinin mahiyyəti öz əksini tapıb. Və kitabda "Hər şey tamah, mənfəət naminə" prinsipi ilə işləyən Leyla Yunusun törətdiyi çirkin əməllər təkzibedilməz faktlarla, konkret sənədlər və əyani sübutlarla ictimaiyyətə təqdim edilir. Görünən odur ki, öz maraqları naminə hər kəsi satan Leyla Yunus Azərbaycana qarşı ən iyrənc yollara əl atıb. Vəkillər Kollegiyasının sədri Anar Bağırov isə Leyla Yunusu “qrantlar primadonnası” adlandırıb. Onun müxtəlif yollarla aldığı pulları hansı hesablarlara köçürdüyünü, xaricdə sahib olduğu daşınmaz əmlakların əks olunduğu kitabda vətən xainin iç üzünün bir daha açıldığını qeyd edib.

21:00 / 08.12.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 15
Bu gün: 7818
Bu ay: 68962
Ümumi: 17289415
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın