/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

«Bəzi qüvvələr status-kvonun dəyişdirilməsində maraqlı deyil»

Şriftin ölçüsü:  11px13px15px17px

Regiondakı bəzi qüvvələr Dağlıq Qarabağ münaqişəsi ətrafındakı status-kvonun dəyişdirilməsində maraqlı deyil. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT xarici işlər nazirlərinin Vyanadakı toplantısında belə deyib. O, Ermənistanın işğalçı siyasətini pisləyərək, İrəvanı münaqişənin həlli prosesində konstruktiv iştiraka çağırıb. Vyanada Minsk qrupunun həmsədr dövlətləri də münaqişə ilə bağlı birgə bəyanat yayıblar. Status-kvonun saxlanmasında maraqlı olan qüvvələrin bu mövqeyi haqlı olaraq rəsmi Bakını narahat edir. Bununla belə, Elmar Məmmədyarov bildirib ki, Azərbaycan substantiv və nəticəyönümlü danışıqlara hər zaman hazırdır. Ermənistan isə Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik, mədəni və fiziki mənzərəsinin dəyişdirilməsinə yönəlmiş qeyri-qanuni addımlarını davam etdirməklə, hərbi işğalın möhkəmləndirilməsinə istiqamətlənmiş məqsədyönlü siyasət aparır. «Təmas xətti boyunca həyata keçirdiyi hərbi təxribatlar daxil olmaqla Ermənistanın işğal olunmuş ərazilərdə bu yaxınlarda keçirdiyi hərbi təlimlər sülh səylərini pozur”, - deyə Elmar Məmmədyarov bildirib. O, ATƏT-in Minsk qrupu və həmsədr dövlətləri İrəvanın bu siyasətinə qarşı hərtərəfli tədbirlər görməyə çağırıb. Bir daha vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli BMT TŞ-nin qətnamələri, Helsinki yekun aktının prinsipləri və ATƏT-in qərar və sənədlərinə əsaslanmalıdır. Və əgər Ermənistan həqiqətən də münaqişənin siyasi yolla həllini tapmaqda maraqlıdırsa, o zaman münaqişənin həlli prosesində konstruktiv şəkildə iştirak etməlidir. Yeri gəlmişkən, ATƏT-in Vyana tolantısı çərçivəsində həmsədr ölkələrin xarici işlər nazirləri də Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanat yayıblar. Region xalqlarının həqiqətən barışması və münaqişənin sülh yolu ilə həlli üçün vasitəçilik missiyasında birgə mövqedən çıxış etdiklərini bir daha təsdiqləyiblər. Həmsədr ölkələr Qarabağ üzrə danışıqların yüksək səviyyədə bərpası və intensiv dialoqdan razılıq ifadə ediblər. Bəyanatda həmçinin, itkin düşmüş şəxslərlə bağlı mühüm humanitar addımların siyasiləşdirilməsinin yolverilməzliyi qeyd olunur.

13:00 / 08.12.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 12146
Bu ay: 181301
Ümumi: 14315662
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın