/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Quba rayonunda səfərdə oldular

Şriftin ölçüsü:  11px13px15px17px

Prezident İlham Əliyev Quba rayonunda səfərdə olub. Dövlət başçısı Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-202 kilometrlik hissəsində tikiləcək yeni yolun təməlqoyma mərasimində iştirak edib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba “Asan həyat” kompleksinin açılışında iştirak ediblər. Həmçinin Quba bayraq muzeyinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular. Dövlət başçısına abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verildi. Prezident İlham Əliyev Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-202 kilometrlik hissəsində tikiləcək yeni yolun təməlqoyma mərasimində iştirak etdi. Avtomobil yolunun layihəsi barədə prezident İlham Əliyevə məlumat verildi. Bildirildi ki, layihə çərçivəsində Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən başlayaraq, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən Gəndob yaşayış məntəqəsinə qədər 97 kilometr uzunluğunda, oradan da Rusiya Federasiyası sərhədinə doğru 22 kilometr yeni yolun tikintisi nəzərdə tutulur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba “Asan həyat” kompleksinin açılışında iştirak etdilər. Dövlət başçısına Quba “Asan həyat” kompleksi barədə ətraflı məlumat verildi. Bildirildi ki, bu kompleks Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 12-ci mərkəzidir. Kompleks 4 mərtəbəli inzibati binadan və 6 ictimai iaşə obyektindən ibarətdir. Burada “Asan xidmət” mərkəzi, “Asan təlim” mərkəzi, “ABAD” mərkəzi, “ABAD” məktəbi yaradılıb. Dövlət başçısı Asan Xidmət Mərkəzini işə saldı. Mərkəzlə tanışlıq zamanı prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yeni layihələr barədə də məlumat verildi. Dövlət başçısına növbəti illərdə inşası və istifadəyə verilməsi nəzərdə tutulan digər “Asan xidmət” mərkəzlərinin layihələri də təqdim olundu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba Bayraq Muzeyinin açılışında iştirak etdilər. Məlumat verildi ki, muzeyin tikinti işləri noyabr ayında başa çatdırılıb. Muzey binası sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Sərgi zalında ümumilikdə 6 bölmə yaradılıb. Burada Azərbaycanın xanlıqlar dövrünə aid maddi mədəniyyət nümunələri yer alıb. Prezident İlham Əliyev Quba rayonunun əsaslı şəkildə yenidən qurulan Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının açılışında iştirak edib. Dövlət başçısına görülən işlər barədə məlumat verilib. Bildirilib ki, Qubanın bu yeni yollarının ümumi uzunluğu 32 kilometrdən çoxdur. Dördüncü texniki dərəcəyə aid ikizolaqlı yolların hərəkət hissəsinin eni 6 metrdir. Sonra dövlət başçısı əsaslı surətdə yenidən qurulan yolların rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışında iştirak etdilər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva filialın rəmzi açılışını bildirən lenti kəsdilər. Burada görülən işlərlə bağlı ətraflı məlumat verildi. Buradakı toxucular Quba şəhərinin və rayonun ayrı-ayrı kəndlərinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Sonra dövlət başçısı filialın xalçaçıları ilə görüşdü.

21:00 / 07.12.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 14
Bu gün: 4005
Bu ay: 238910
Ümumi: 14373271
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın