/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Sərhədlərin tanınması və qorunması regional təhlükəsizliyin əsas şərtidir

Şriftin ölçüsü:  11px13px15px17px

Beynəlxalq səviyyədə sərhədlərin tanınması və qorunması regional təhlükəsizliyin əsas şərtidir. Ötən gün “Asiyanın qəlbi” - istanbul prosesinin azərbaycanın həmsədrliyilə Bakıda keçirilən 7-ci nazirlər toplantısında da bu məqamın üzərində xüsusi dayanıldı. Uzun illərdir, işğaldan əziyyət çəkən Azərbaycan bu toplantıya ev sahibliyi etməklə növbəti dəfə dünyaya sülh və təhlükəsizlik modeli nümunəsi təqdim etdi. Azərbaycan 2012 -ci ildən etibarən Əfqanıstanın bütün regionla bağlantısının genişləndirilməsi üçün yaradılan “İstanbul prosesi”nin ən fəal iştirakçılatındandır. Və siyasi dialoq, sıx regional əməkdaşlıq üçün vacib regional platformanın inkişaf etdirilməsi istiqamətində səyləri ilbəil artırır. Bakı toplantısında səslənən fikirlərdən də aydin oldu ki,ölkəmiz “Asiyanın qəlbi – İstanbul prosesi”ni sülhün,təhlükəsizliyin və iqtisadi inkişafın əldə edilməsi istiqamətində dəyərli mexanizm hesab edir. Azərbaycanın mövqeyi belədir ki, terrorizm, radikal ekstremizm və separatizmə qarşı mübarizədə birgə səylərin davam etdirilməsi və bu məqsədlə regional əməkdaşlığın artırılması vacibdir. Bu mənada Azərbaycanın siyasi və lqtisadi ıradəsi sayəsində ərsəyə gələn regional layihələrin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Azərbaycan prezidentinin də söylədiyi kimi, bu gün Əfqanıstana yardıma daha geniş prizmadan baxılmalıdır. Beləliklə, regional əməkdaşlığa ehtiyacın olduğu bir vaxtda Bakıda keçirilən toplantıda məsələyə ümumi baxış və siyasi iradə ortaya qoyuldu. Aydın oldu ki, regional təhlükəsizliyin təminatı həm də bilavasltə milli təhlükəsizliyin, eyni zamanda sərhədlərin beynəlxalq səviyyədə tanınmasının təminatıdır.

Ətayə Ələmdarqızı

19:00 / 02.12.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 14556
Bu ay: 428004
Ümumi: 15778240
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın