/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Üçtərəfli mühüm görüş gerçəkləşdi

Şriftin ölçüsü:  11px13px15px17px

Torpaqlarının bir hissəsi işğal altında olan Azərbaycanın müdafiə sahəsinin inkişafı çox vacibdir. Bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Türkiyə və pakistanlı həmkarları ilə keçiridiyi mətbuat konfransında deyib. Qeyd edilib ki, üç ölkə arasında bu istiqamətdə birgə sənayə kompleksi yarana bilər. Bu üçlük Bakıda bir araya gəldi, önəmli mövzular müzakirə edildi. Dağlıq Qarabağ, Kəşmir və Kipr məsələsində bir-birilərinə dəstək olduqlarını dilə gətirdilər. Müdafiə sahəsində əməkdaşlığın önəmindən danışdılar. Bildirildi ki, Azərbaycanla Türkiyə təlim təyyarələrini Pakistandan alacaq. Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə hər zaman böyük səy göstərir. Bu fikirlə çıxış edən Mövlud Çavuşoğlu həmsədrlərlə son görüşündən də danışdı. Bu arada, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gələn həftə Vyanada görüşünün mümkünlüyü dəqiqləşib. Münaqişənin həllinə yönələn növbəti toplantı dekabrın 6-da baş tutacaq. Qeyd edək ki, 3 ölkənin xarıcı ışlər nazırlərının 1-ci üçtərəflı görüşünün yekunlarına daır Bakı bəyannaməsı qəbul edılıb. Növbətı görüşün gələn il İslamabadda keçırılməsı barədə razılığa gəlinib.

Fidan Əliheydər

21:00 / 30.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 15025
Bu ay: 512579
Ümumi: 12039347
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın