/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Prezident İlham Əliyev üç ölkənin xarici işlər nazirlərini qəbul etdi

Şriftin ölçüsü:  11px13px15px17px

Prezident İlham Əliyev üç ölkə Türkiyə, Pakistan və Hindistan xarici işlər nazirlərininin başçılıq etdiyi nümayəndə heyətlərini qəbul edib. Keçirilən görüşlərdə ikitərəfli münasibətlərin gələcək perespektivləri müzakirə olunub. Prezident İlham Əliyev Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Azərbaycanın və Türkiyənin regional əməkdaşlığa verdiyi töhfəyə bütün üçtərəfli əməkdaşlıq formatlarında ölkələrimizin iştirak etməsinin önəmini qeyd etdi və bildirdi ki, bu, həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığımızın genişləndirilməsi işinə xidmət edən təşəbbüslərdir. Dövlət başçısı keçirilən Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli görüşünü də yaxşı hadisə kimi dəyərləndirdi.Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyev Pakistan İslam Respublikasının xarici işlər naziri Xavaca Məhəmməd Asifin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi. Dövlət başçısı Azərbaycan-Pakistan ikitərəfli münasibətlərinin yüksək səviyyədə olduğunu vurğuladı və bildirdi ki, Pakistan bizim üçün ən yaxın müttəfiq və dost ölkələrdəndir. Pakistan xarici işlər naziri Xavaca Məhəmməd Asif ölkələrimiz arasında çox yaxın qardaşlıq münasibətlərinin mövcud olduğunu dedi. Qonaq beynəlxalq təşkilatlarda ölkələrimizin bir-birinə verdiyi qarşılıqlı dəstəyin önəmini qeyd etdi. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi ilə bağlı Pakistanın beynəlxalq təşkilatlar çərçivəsində qardaş Azərbaycanın mövqeyini dəstəklədiyini vurğuladı. Prezident İlham Əliyev Hindistanın xarici işlər üzrə dövlət naziri Mobaşar Caved Akbarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini vurğulayan Hindistanın xarici işlər üzrə dövlət naziri Mobaşar Caved Akbar bildirdi ki, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və sizin rəhbərliyinizlə ölkənizdə əldə edilən sabitlik və inkişafla bağlı Hindistanın baş naziri, rəhbərliyi və xalqı adından sizi təbrik edirəm”. Xoş sözlərə görə minnətdarlığını bildirən prezident İlham Əliyev Azərbaycanın müstəqillik illərində böyük uğurlar əldə etdiyini, sabit və sürətlə inkişaf edən ölkəyə çevrildiyini vurğuladı. Söhbət zamanı “Asiyanın qəlbi - İstanbul prosesi” çərçivəsində Bakıda keçirilən nazirlər konfransının regional əməkdaşlığın gücləndirilməsi, Əfqanıstana beynəlxalq səviyyədə göstərilən dəstəyin artırılması baxımından önəmi qeyd edildi.

21:00 / 30.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 1379
Bu ay: 196920
Ümumi: 18395080
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın