/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Prezident İlham Əliyev ölkəmizdə səfərdə olan rəsmi şəxləri qəbul etdi

Şriftin ölçüsü:  11px13px15px17px

Prezident İlham Əliyev Xorvatiya baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri, Azərbaycan-Xorvatiya İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyasının həmsədri xanım Martina Daliçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Kosta Rika xarici işlər və etiqad naziri Manuel Qonzales Sanzısla və «CISCO» şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin başçılıq etdiyi nümayəndə heyəti ilədə görüşüb. Prezident İlham Əliyev xorvatiyalı qonaqlarla görüşdə bildirdi ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər çox yaxşı səviyyədədir. Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan prezident İlham Əliyev bu yaxınlarda şərq tərəfdaşlığı sammitinin uğurla keçirildiyini və yaxşı nəticələr verdiyini bildirərək sammitdə qəbul edilən bəyannamənin əhəmiyyətini vurğuladı, Martina Daliç ölkələrimiz arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu deyərək, iki dövlət başçısının əməkdaslığımızın genişlənməsi baxımından birgə səylərinin önəmini qeyd etdi. Prezident İlham Əliyevin Kosta Rika xarici işlər və etiqad naziri Manuel Qonzales Sanzıla görüşdə qonaq bildirdi ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər qarşılıqlı etimad üzərində qurulub. Azərbaycanda Kosta Rikanın səfirliyinin açılmasına toxunan Manuel Qonzales Sanz bildirdi ki, bu, ölkəsinin strateji qərarıdır. O qeyd etdi ki, Kosta Rika Azərbaycanı regionda əsas tərəfdaşı kimi qəbul edir və Azərbaycan vasitəsilə regional əməkdaşlıq həyata keçirmək əzmindədir. Prezident İlham Əliyev ölkələrimiz arasında səmimi dostluq münasibətlərinin mövcud olduğunu dedi. Dövlət başçısı Kosta Rikanın Azərbaycanda səfirlik açmasının önəmini qeyd etdi və səfirliyin fəaliyyətinin həm ikitərəfli münasibətlərin genişləndirilməsi, həm də regional əlaqələrin inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev «CISCO» şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin başçılıq etdiyi nümayəndə heyətini də qəbul etdi. Qay Didrix təmsil etdiyi şirkətin ölkəmizlə uğurlu əməkdaşlıq həyata keçirdiyini və Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə səmərəli əməkdaşlıq etdiyini dedi. Prezident İlham Əliyev «CISCO» şirkəti ilə Azərbaycanın uğurlu əməkdaşlıq etdiyini bildirdi. İnformasiya texnologiyaları sahəsinin Azərbaycan üçün prioritet sahələrdən biri olduğunu deyən prezident İlham Əliyev ölkəmizdə bu istiqamətdə həyata keçirilən genişmiqyaslı işlərin Azərbaycan iqtisadiyyatının sürətli inkişafı baxımından əhəmiyyətini qeyd etdi.

21:00 / 29.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 14947
Bu ay: 43885
Ümumi: 17264338
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın