/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Ermənistanı ərinə xəyanət edən qadına bənzədiblər

Şriftin ölçüsü:  11px13px15px17px

Rusiyanın “NTV” telekanalında yayımlanan “Görüş yeri” verilişində Ermənistanı ərinə xəyanət edən qadına bənzədiblər. Ermənistanın noyabrın 24-də Avropa İttifaqı ilə hərtərəfli əməkdaşlıq sazişi imzalamasının müzakirəyə çıxarıldığı verilişdə politoloq Oleq Barabanov bildirib ki, Ermənistan bu sazişlə guya müstəqil olduğunu göstərmək istəsə də, əslində Avropa İttifaqı ilə əməkdaşlığa Rusiyanın nəzarəti altında gedib. Məhz Kremlin göstərişilə bəzi prinsipial müddəalar sazişdən çıxarılıb. Barabanova görə, Avropanın Ermənistana ehtiyacı yoxdur. Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov isə deyib ki, İttifaqla sazişin imzalanması Ermənistanın Rusiya ilə münasibətlərinin korlanması deməkdir. Verilişin aparıcısı Olqa Belova isə Ermənistanı rəsmi əri ilə münasibətlərindən narazı olduğu üçün özünə sevgili axtaran əxlaqsız qadına bənzədib.

21:00 / 29.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 12369
Bu ay: 181524
Ümumi: 14315885
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın