/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

«Dağlıq Qarabağ münaqişəsilə bağlı dünya ictimaiyyətində yekdil rəy formalaşıb»

Şriftin ölçüsü:  11px13px15px17px

Avropa İttifaqının «Şərq tərəfdaşlığı» zirvə görüşündə qəbul edilmiş yekun bəyannamədə şərq tərəfdaşlığına üzv ölkələrin ərazi bütövlüyü bir daha təsdiqlənib və dəstəklənib. Bu, Azərbaycanın növbəti böyük diplomatik nailiyyətidir. Ali baş komandan İlham Əliyev bu həftə cəbhəyanı bölgələrə səfəri zamanı bir daha bəyan edib ki, Azərbaycan gec-tez öz ərazi bütövlüyünü bərpa edəcək. Ermənistanın işğalçılıq və etnik təimzhləmə siyasəti nəticəsində öz dədə-baba yurdlarından didərgin düşən qaçqın və məcburi köçkünlər üçün sayca 97-ci qəsəbə bu həftə Tərtər rayonunda istifadəyə verildi. Bununla da 250 mindən çox insan mənzillə təmin edildi. Proses gələn il də davam edəcək. Bu vaxta qədər qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına 2,3 milyard manat vəsait sərf olunub. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün xərclənən vəsait isə 6,6 milyard manatdır. Gələn il ən azı 4 min köçkün ailəsi yeni mənzillərə köçürüləcək. Bu il böyük qayıdışın başlanğıcı hesab olunan - Cocuq Mərcanlının bərpası isə bir daha göstərdi ki, Azərbaycan gec-tez öz ərazi bütövlüyünü bərpa edəcək. Müsbət haldır ki, bu gün Dağlıq Qarabağ münaqişəsilə bağlı dünya ictimaiyyətində də yekdil rəy formalaşıb. Azərbaycan buna həm də hərbi qüdrətini artırmaqla nail ola bilər. Hərbi potensialın güclündərməsi isə göstərir ki, Azərbaycan ordusu ali baş komandanın əmri ilə istənilən an düşmənə sarsıdıcı zərbə vurmaqla torpaqlarımızı işğaldan azad etməyə qadirdir.

13:00 / 29.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 15228
Bu ay: 512782
Ümumi: 12039550
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın