/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Prezident İlham Əliyev Sabirabad rayonuna səfər edib

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Sabirabad rayonuna səfər edib. Dövlət başçısı burda da bir sıra rəsmi açılışlar edib. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin Sabirabad şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov rayonda görülən abadlıq-quruculuq işləri və həyata keçirilən sosial layihələr barədə prezident İlham Əliyevə məlumat verib. Daha sonra Sabirabad Sənaye Məhəlləsinin təməlqoyma mərasimi olub. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mərasimdə iştirak edib. İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə sənaye məhəllələrinin yaradılması istiqamətində görülən işlər haqqında dövlətimizin başçısına məlumat verib. İyirmi hektar ərazidə salınacaq Sabirabad sənaye mərkəzində yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələri və logistika mərkəzinin fəaliyyət göstərməsi planlaşdırılır. Prezident İlham Əliyev Sabirabad sənaye məhəlləsinin təməlini qoyub. Dövlət başçısı Sabirabad rayonunda bayraq muzeyinin açılışında da iştirak edib. Prezident ilham əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsib. Muzeyin binası iki sərgi zalından ibarətdir. Sərgi zallarında 6 bölmə yaradılıb. Burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi və bayraqları, orta əsrlərə aid döyüşçülərin geyimləri, xıx əsr Azərbaycan şəhərlərinin gerbləri, Azərbaycanın Xalq Cümhuriyyətinə dair sənədlər, SSRİ və müstəqillik dövrünün konstitusiyaları, gerbləri, bayraqları, orden və medallar nümayiş olunur. Prezident İlham Əliyev Sabirabad rayonuna səfəri çərçivəsində rayon mərkəzi xəstəxanasının açılışında iştirak edib. Dövlət başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib. Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib ki, tikinti işlərinə 2012-ci ildə başlanıb və bu ilin oktyabrında başa çatdırılıb. Diqqətə çatdırıldı ki, bu səhiyyə müəssisəsində 553 tibb işçisi çalışacaq. Sonra prezident İlham Əliyev Sabirabad rayon ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşüb. Dövlətimiz başçısı görüşdə çıxış edib. President Ilham Əliyev bildirib ki, burada dünyanın aparıcı şirkətlərinin ən qabaqcıl avadanlığı quraşdırılıb, bütün şərait yaradılıb. Bu xəstəxana dünya səviyyəsində seçilən xəstəxanalardan biri olacaq. Azərbaycanın dövlət siyasətinin sosial yönümlü olduğunu vurğulayan prezident İlham Əliyev 2019-cu ildə qalan xəstəxanaların da istifadəyə veriləcəyin və beləliklə, Azərbaycanın hər bir şəhərində ən müasir tibbi xidmətini göstəriləcəyini dedi. Sabirabad rayonunda infrastruktur layihələrinin icrasından sa bəhs edib. Yaxın gələcəkdə Sabirabad böyük sənaye mərkəzinə çevriləcəyini söyləyən dövlət başçısı gələn il sabirabadın inkişafı ilə bağlı infrastruktur layihələrinin - xüsusilə yeni kanal layihəsinin icrası nəzərdə tutulduğunu bildirib. Sonda xatirə şəkli çəkdirilib Prezident İlham Əliyev Sabirabada səfəri çərçivəsində tamamilə bərpa edilərək yenidən qurulmuş Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun açılışında iştirak edib. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov məlumat verdi ki, yeni yol 20 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirir. Ümumi uzunluğu 43 kilometr olan 4-cü texniki dərəcəli yolun hərəkət hissəsinin eni 6 metr, 2 hərəkət zolağının hər birinin eni isə 3 metrdir. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi. Daha sonra dövlət başçısı Sabirabad rayonunda əsaslı şəkildə bərpa olunaraq yenidən qurulmuş Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqarağac-çöl Ağaməmmədli-Azadkənd-Muğan-Gəncəli avtomobil yolunun açılışında iştirak edib. 15 yaşayış məntəqəsini birləşdirən bu yolda 41 min sakinin rahat və təhlükəsiz gediş-gəlişi təmin olunacaq. Bildirildi ki, yolun bütün infrastrukturu müasir tələblər səviyyəsində qurulub. Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulmuş avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Sabirabad rayonuna səfəri zamanı Nizami kəndində “Sabirabad quşçuluq” MMC-nin əmtəəlik yumurta və quş əti istehsalı fabrikinin fəaliyyəti ilə tanış olub. Müəssisənin inşasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1 milyon manat güzəştli kredit və təşviqi sənəd verilib. Fabrikdə ildə 109 milyon ədəd əmtəəlik yumurta, 1,4 min ton quş əti və 750 min baş ətlik kənd toyuğunun istehsalı nəzərdə tutulub. İstehsal olunan əmtəəlik yumurta və quş əti “Sabirabad quşçuluq” brendi ilə istehlakçılara təqdim ediləcək. Layihənin icrası nəticəsində 150 nəfər daimi iş yeri ilə təmin olunacaq.

11:00 / 29.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 10132
Bu ay: 287144
Ümumi: 20722409
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın