/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Azərbaycanın qalib, Ermənistanın məğlub çıxdığı sammit

Şriftin ölçüsü:  11px13px15px17px

Avropa İttifaqı «Şərq tərəfdaşlığı» sammitinin yekun bəyannaməsi Dağlıq Qarabağ probleminin həllində ciddi hüquqi baza formalaşdıracaq. Sənəddə İttifaqın tərəfdaş dövlətlərinin ərazi bütövlüyü və suverenliyini birmənalı şəkildə dəstəkləyəcəyinin əks olunması separatizmin dövlət siyasətinə çevrildiyi ermənistanın acı məğlubiyyətidir. Ən böyük üstünlük 5-ci sammitin yekun bəyannaməsinə dövlətlərin suverenliyini şübhə altına alan xalqların öz müqəddəratını təyinetmə prinsipinin salınmamasıdır. İrəvanın cəhdlərinə baxmayaraq, Avropa İttifaqı bu prinsipi yox, tərəfdaş ölkələrin ərazi bütövlüyünün toxunulmazlığını birmənalı şəkildə dəstəklədiyini ortaya qoydu. Bununla da Azərbaycan Dağlıq Qarabağ probleminin həllində ciddi hüquqi baza formalaşdırmağa nail oldu. Çünki bu, Ermənistanın işğal etdiyi torpaqları sülh yolu ilə geri qaytarmaqdan imtina etdiyi təqdirdə Azərbaycanın öz ərazi bütövlüyünü hərbi yolla bərpa etmək hüququnun ittifaq tərəfindən qəbul edilməsi deməkdir. Sənəddə həmçinin sosial-iqtisadi inkişaf və əməkdaşlıq üçün etimad, mehriban qonşuluq münasibətlərinin zəruri olduğu vurğulanır. Lakin bu mühitin formalaşdırılmasında ilk növbədə «Şərq tərəfdaşlığı» ölkələri ərazisindəki münaqişələrə son qoyulmalıdır ki, bu da Azərbaycanın başlıca tələbidir. Şərq tərəfdaşlığı proqramında iştirak ölkəmizə diplomatik üstünlükdən başqa iqtisadi dividentlər də qazandıracaq. Yekun bəyannamədə əks olunan prinsiplər həmçinin gələn il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq əməkdaşlıq sazişi üçün də mühüm baza rolunu oynayır.

21:00 / 27.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 2100
Bu ay: 151841
Ümumi: 14286202
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın