
“Qarabağ münaqişəsi ilə postsovet məkanında separatizm və millətlərarası qarşıdurmanın əsası qoyulub”. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə bu gün Sankt-Peterburqda “Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və islam həmrəyliyi” mövzusunda keçirilən konfransda belə deyib. Bildirib ki, MDB məkanında sülhə zərər vuran münaqişələr bizi narahat etməyə bilməz. Şeyx münaqişənn dini müstəviyə keçməməsində Rusiya partiarxının səylərini yüksək qiyməitləndirib. Paritriax Kirill isə konfrans iştirakçılarına müraciətində dini liderlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə istiqamətlənmiş əməkdaşlığın ümumi sülhməramlı xidmət nümunələrindən biri olduğunu qeyd edib.
21:00 / 23.11.2017