/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Rusiya Qarabağ danışıqlarını davam etdirir

Şriftin ölçüsü:  11px13px15px17px

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun regiona səfəri davam edir. Ötən gün Bakıda olan rusiya xarici siyasət idarəsinin rəhbəri bu gün Ermənistanda müzakirələr aparır. Bu arada, Lavrovun regiona səfəri Dağlıq Qarabağ münaqişəsinə diqqəti daha da artırıb. Xüsusilə rusiyalı politoloqlar maraqlı açıqlamalar səsləndiriblər.
Ötən gün Bakıda məhsuldar görüşlər keçirən Sergey Lavrov bu gün İrəvanda məsləhətləşmələri davam etdirir. Əsas diqqət Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vəziyyətin dəyişib-dəyişməyəcəyinə yönəlib. Təbii ki, bu, Rusiya xarici siyasət idarəsi rəhbərinin işğalçı ilə hansı dildə danışmağından asılıdır. Amma maraqlıdır ki, Lavrovun erməni həmkarı Edvard Nalbandyanla görüşü mətbuat üçün qapalı keçirilib. Bununla belə görüşdən sonra birgə mətbuat konfransı olub. İşğalçı ölkənin xarici işlər naziri ənənəsineə sadiq qalaraq, israrla münaqişənin həllinin uzanmasında rəsim Bakını ittiham edib. Sergey Lavrov isə Bakıda səsləndirdiyi bəyanatı İrəvanda da təkrarlayıb. Maraqlıdır ki, Moskvada Lavrovun reiona səfərinin pozitiv məqamlara səbəb olacağına ümid edənlər çoxdur. Lavrovun regiona səfrəinə münasibət bildirən Rusiya Müdafiə Nazirliyi yanında ictimai şurasının sədr müavini Aleksandr Proxonov maraqlı açıqlama verib. Bildirib ki, bu gün Ermənistan Dağlıq Qarabağ ətrafı əraziləri Azərbaycana qaytarmağa hazırdır. Yəni, söhbət işğal altındakı ərazilərin bir hissəsindən gedir. «Məlum olduğu kimi, mən bu ilin yayında Azərbaycan prezidentinin dəvətilə Bakıda oldum. Və artıq Dağlıq Qarabağ münaqişəsilə bağlı Azərbaycanın baxışına bələdəm. Həmçinin erməni həbrçilərilə də görüşüm oldu, onların da nəzər nöqtəsini öyrəndim» deyən Proxonov 2016-cı ilin aperl döyüşlərini xatırladıb.
«Məlumdur ki, aprel döyüşləri vaxtı Azərbacan strateji əhəmiyyətə malik olan Lələtəpə yüksəkliyində mövqelərini möhkəmləndirdi. Bu gün elə bir vəziyyət yaranıb ki, Ermənistan Dağlıq Qarabağ ətrafı bəzi rayonları geri qaytarmağa hazırdır. Amma Ermənistan qorxur ki, bu ərazilər Azərbaycana qaytarıldıqdan sonra hərbi «status-kvo» pozula bilər. Yəni, Azərbaycanın həmin ərazilərdə hərbi obyektlər yerləşdirəcəyindən ehtiyat edir», - deyə Proxonov bildirib. Onun sözlərinə görə, indiki vəziyyətdə əsas məqsəd tərəflərin mövqelərini yaxınlaşdırmağa nail olmaqdır. Və Rusiya da bu istiqamətdə işləyir.

13:00 / 21.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 10693
Bu ay: 372424
Ümumi: 13196722
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın