/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

S. Lavrov: «Dağlıq Qarabağ münaqişəsinin həlli masa üzərindədir»

Şriftin ölçüsü:  11px13px15px17px

«Azərbaycan ərazilərinin işğaldan azad edilməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması planına daxildir». Bu sözləri Bakıda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfrasında deyib. Lavrov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli planı masa üzərindədir. Rusiya xarici işlər naziri Seygey Lavrovu Xarici İşlər Nazirlyində azərbaycanlı həmkarı Elmar Məmmədyarov qarşıladı. Xin rəhbərlərinin əvvəlcə təkbətək-daha sonra geniş tərkibdə görüşləri keçirildi. Daha sonra nazirlər jurnalistlərin qarşısına çıxdılar. Rusiya xarici işlər naziri Sergey Lavrov isə qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsinin mövcüdlüğü heç kimi razı salmır, bu münaqişənin həli yolları axtarılmalıdır. Qeyd edə ki, Rusiya xarici işlər naziri Sergey Lavrov ADA Universitetində tələbə və müəlli heyəti ilə görüşüb. Görüş zamanı Rusiya xarici siyasət idarəsinin rəhbəri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə Minsk qrupunun həmsədrləri olan ABŞ və Rusiyanın hazırkı ikitərəfli əlaqələri kontekstində münasibət bildirib. O, ABŞ və Rusiya arasında bir çox problemlərlə əlaqədar fikir ayrılığının olmasına baxmayaraq, bunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əməkdaşlığa ziyan vurmadığını söyləyib. Nazir həmsədrlərin münaqişənin həlli məsələsində ümumi mövqedə olduqlarını qeyd edib.

21:00 / 20.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 12305
Bu ay: 427534
Ümumi: 17196867
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın