/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Rusiya telekanalı erməniləri nasizm nümayəndələrini qəhrəmanlaşdırmaqda ittiham etdi

Şriftin ölçüsü:  11px13px15px17px

Rusiya Müdafiə Nazirliyinin rəsmi televiziyası “Zvezda” Ermənistanın Avropa Birliyi ilə genişlənmiş tərəfdaşlıq haqqında razılaşma imzalamaq niyyətini tənqid edib. İrəvana ünvanlanan həmin tənqid televiziyada yayımlanan “Proqnozlar” proqramında səsləndirilib. Teleaparıcı buraxılışda İrəvanı nasizm nümayəndələrini qəhrəmanlaşdırmaqda ittiham edib. Aparıcı 2016-cı ildə İrəvanda erməni nasizminin məşhur siması olan Qaragen Njdeyə heykəl qoyulduğunu söyləyib. Njdeyə heykəl qoyuluşunu nasist Almaniyasına qarşı döyüşdə həlak olan ermənilərin ruhuna təhqir sayan verilişin müəllifi Njdenin Ermənistanın hakim “Respublika partiyası” üçün qəhrəman olduğunu vurğulayıb. Bundan sonra teleaparıcı “Respublika partiyası”nın loqotipini göstərib. O, partiyanın loqotipi ilə bağlı bir müddət əvvəl partiya liderindən birinə verdiyi sualında “Bəli, biz ari irqə məxsusuq” cavabını aldığını və bundan çox təəccübləndiyini söyləyib. Qeyd edək ki, proqnoz verilişi ötən gün yayımlanıb.

13:00 / 20.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 28
Bu gün: 11970
Bu ay: 427199
Ümumi: 17196532
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın