
«ABŞ-la Rusiya arasında münasibətlərin bəzi sahələrdə dalana dirənməsinə baxmayaraq, bu münasibətlər Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində əməkdaşlığa təsir etmir”. Rusiya xarici işlər naziri Sergey Lavrov bu sözləri ADA Universitetində tələbələr və müəllim heyəti ilə görüşü zamanı deyib. O qeyd edib ki, Rusiya Birləşmiş Ştatlar və Fransa ilə ümumi mövqeyə malikdir: “Həmsədrlər, səfirlər nazirlərlə görüşürlər, mütəmadi regiona səfər edirlər. Mən ümid edirəm ki, prezidentlər arasında keçən ay keçirilən görüş münaqişənin həlli istiqamətində irəli addım atmağa kömək edəcək”, - deyə Lavrov bildirib.
13:00 / 20.11.2017