/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Moldovanın daxili işlər naziri ilə görüşüb

Şriftin ölçüsü:  11px13px15px17px

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Moldova Respublikasının daxili işlər naziri Aleksandr Jizdanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən layihələrdə Moldovanın müvafiq qurumları ilə birgə fəaliyyət göstərdiklərini xatırladan nazir Kəmaləddin Heydərov ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Həmçinin, Fövqəladə Hallar Nazirliyinin strukturu və fəaliyyəti, FHN-in Akademiyası barədə qonaqlara ətraflı məlumat verib. Sözügedən akademiyada moldovalı gənclərin də təhsil almasının mümkünlüyü nəzərə çatdırılıb. Moldovanın daxili işlər naziri Aleksandr Jizda isə təcrübə mübadiləsinin çox böyük əhəmiyyətə malik olduğunu bildirib. Görüşdə gələcək əməkdaşlığın perspektivləri də müzakirə edilib. Sonra qonaqlar nazirliyin böhran vəziyyətlərində idarəetmə mərkəzinin böhranların idarə edilməsi və əməliyyat zallarının fəaliyyəti ilə tanış olublar.

13:00 / 17.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 11959
Bu ay: 427188
Ümumi: 17196521
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın