/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Qarabağ münaqişəsilə bağlı son bəyanatlar həll prosesini sürətləndirəcəkmi?

Şriftin ölçüsü:  11px13px15px17px

Nalbandyanla Məmmədyarovun Moskvada həmsdərlərlə ard-arda görüşündən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 7 dekabrda Vyanada bir araya gəlməsinə dair razılıq əldə olunub. 20 noyabrda isə Rusiya xarici işlər naziri Sergey Lavrov regiona səfər edəcək. Lakin atət baş katibinin qurumun vəzifəsinin yalnız münaqişəyə nəzarət etmək olduğunu deməsi fonunda Qarabağ danışıqlarındakı bu dinamikliyin səbəbi doğrudanmı həllə nail olmaqdır. Elmar Məmmədyarovun Minsk qrupunun həmsədrlərilə dünənki Moskva görüşündə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan bütün təkliflər üzrə konkret müzakirələr aparılıb. Diqqət çəkən məqam isə, XİN sözçüsü Hikmət Hacıyevin Azərbaycan tərəfinin Moskvada aparılmış müzakirələrdən razı qaldığını vurğulaması olub. Bu mənada erməni ekspertlərə görə, noyabrın 20-də regiona səfərində Rusiya xarici işlər naziri Sergey Lavrov Qarabağ münaqişəsinin nizamlanmasına dair yeni təkliflə gələcək. Lakin ekspertlərə görə, nizamlanmanın 25 illik təcrübəsində bir çox Lavrov planı olub və yenə heç nə dəyişməyəcək. Çünki danışıqların hazırkı dinamikliyi həmsədr dövlətlərin regionu bürüyəcək irimiqyaslı müharibə riskini önləmək istəyindən irəli gəlir. Qarabağ üzrə danışıqların intensivləşdiyi bir vaxtda ATƏT-in baş katibi Tomas Qreminger isə bildirib ki, təşkilatın işi münaqişənin həlli deyil, yalnız nizamlanma prosesinin nəzarətdə saxlanılmasından ibarətdir. Qremingerə görə, tənzimlənmənin məsuliyyəti münaqişə tərəflərinin üzərinə düşür. Maraqlıdır, bəs onda münaqişənin həllini öz üzərinə götürən ATƏT-in Minsk qrupu nəyə lazımdır? Uzun illərdir ki, həmsədr ölkələr bütün səylərin sülhün əldə olunmasına yönəldiyini desələr də, nədənsə işğalçıya qarşı sülhəməcburetmə mexanizmini işə salmaqdan qaçırlar. Quru bəyanatlar və imitasiya xarakterli danışıqlar isə həll prosesini sürətləndirməyəcək.

13:00 / 17.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 11293
Bu ay: 426522
Ümumi: 17195855
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın