/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Sabah həmsədrlərlə görüş olacaq

Şriftin ölçüsü:  11px13px15px17px

Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı çatıb. Bunu xarıcı ışlər nazırı Elmar Məmmədyarov Brazılıyanın xarıcı əlaqələr nazırı Aloyzio Nunyes Ferreira ilə keçirdiyi mətbuat konfransında deyıb. Bildirib ki, sabah Moskvada həmsədrlərlə görüşü baş tutacaq. Rusiyalı həmkarı Sergey Lavrov isə noyabrın 19-20-də paytaxtımızda səfərdə olacaq. Danışıqlar nətıcələnməli, məcburı köçkünlər gerı qaytarılmalı və sülh bərpa edılməlıdır. Xarici işlər naziri Elmar Məmmədyarovun sabah iştirak edəcəyi görüşdə əsas məqsəd budur. Bakıda rəsmi səfərdə olan Brazilyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreira da ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Dağlıq Qarabağ həqiqətlərindən məlumatlı olan qonaq səfərinin məqsədindən danışıb. Görüşdə münasıbətlərı dərinləşdirmək, ticarət dövriyyəsini genişləndirmək barədə razılığa gəlinib. Bundan əlavə, ADA Universitetilə Braziliyanın Rio Blanko istitutu arasında diplomatların treyninqilə bağlı qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Fidan Əlihyedər

21:00 / 15.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 9384
Bu ay: 286396
Ümumi: 20721661
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın