/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Ermənistan parlamenti qalmaqallı qanun layihəsini qəbul etdi

Şriftin ölçüsü:  11px13px15px17px

Ermənistan parlamenti bu gün səhər qalmaqallı “Hərbi xidmət və hərbi qulluqçuların statusu” haqqında qanun layihəsini ikinci oxunuşda qəbul edib. Səsverməyədək deputat Ararat Mirzoyan etiraz edən tələbələrin hələ də aclıq aksiyası keçirdiklərini və onlara 120 elmi işçinin də dəstək verdiyini xatırladıb. Lakin erməni deputatın qanun layihəsinin əleyhinə səs verməyə çağırışı nəticəsiz qalıb. Hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasına dair qanuna etiraz edənlər sırasında Ermənistanın Milli Elmlər Akademiyasını sədri Radik Martirosyan da var. Onun mövqeyi isə Ermənistan ordusunun miskin durumunu çılpaqlığilə ortaya qoyub. “Ölkə üçün mütəxəssislər hazırlamaq əvəzinə biz insanları orduya göndəririk. Bu olmamalıdır! Belə aydın olur ki, bir sahənin problemini digərinkinin hesabına həll etməyə çalışırıq.” Deyə Ermənistan Milli Elmlər Akademiyasının sədri bildirib. Qeyd edək ki, qalmaqallı qanunun parlamentdə qəbulundan sonra Ermənistanda tələbələrin etiraz aksiyası daha da kütləviləşib.

13:00 / 15.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 12381
Bu ay: 427610
Ümumi: 17196943
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın