/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Ermənistanda internet azadlığı boğulur

Şriftin ölçüsü:  11px13px15px17px

Siyasi və vətəndaş azadlıqlarının təhqiqatilə məşğul olan “Freedom house” beynəlxalq təşkilatı Ermənistanda internet azadlığının boğulmasına dair hesabat yayıb. Bildirilir ki, Ermənistanda vətəndaşlar sosial şəbəkələrdən sərbəst istifadədə məhdudiyyətlərlə üzləşirlər. Bunun əsas səbəblərindən biri isə 2018-ci il parlament seçkiləri öncəsi hökumətin internet üzərindən manipulyasiyalarının artmasıdır. “Freedom house”un hesabatında vurğulanır ki, Ermənistanda “facebook” sosial şəbəkəsindən istifadəyə hələ 2016-cı ilin iyulunda “Sasna tsrer” qrupunun hökumətə qarşı silahlı qiyamı zamanı məhdudiyyət qoyulub. Çünki Serj Sərkisyan hökumətinə qarşı vətəndaşlar məhz sosial şəbəkələr üzərindən birləşmişdi. Hesabata görə, hökumət əleyhinə mitinqlər və qiyamda erməni polisləri məqsədli şəkildə və zor tətbiq etməklə birbaşa yayım edən jurnalistlərin işinə mane olurlar.

13:00 / 15.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 11679
Bu ay: 426908
Ümumi: 17196241
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın