/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Qarabağ danışıqları intensivləşir

Şriftin ölçüsü:  11px13px15px17px

Ermənistan xarici işlər nazirinin bu günkü Mokva səfərinin ardından Azərbaycan xarici işlər nazirinin Rusiyaya gözlənilən səfəri, noyabrın 20-də isə Rusiya xarici işlər naziri Sergey Lavrovun regiona səfəri çərçivəsində Azərbaycana gəlməsi Qarabağ danışıqlarının intensivləşdiyindən xəbər verir. Ekspertlərə görə isə hadisələrin bu dinamika ilə inkişafı nizamlanma prosesində hansısa ciddi irəliləyişə gətirməyəcək. Moskvada Minsk qrupunun həmsədrlərilə görüşən Edvard Nalbandyan ilin sonunadək azərbaycanlı həmkarilə görüşün təşkilinin mümkünlüyünü müzakirə ediblər. 2 gün sonra isə Azərbaycan xarici işlər naziri Elmar Məmədyarov Moskvaya işgüzar səfəri çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərilə görüşəcək. Rusiya xarici işlər naziri Sergey Lavrov isə bu günkü mətbuat konfransında gələn həftənin əvvəlində İrəvan və Bakıya səfər edəcəyini bildirib. Lavrovun sözlərinə görə, regiona səfəri zamanı Ermənistan və Azərbaycan prezidentlərinin Cenevrə görüşündən sonra Qarabağ münaqişəsinin nizamlanması istiqamətində hansı pilləyədək gəlindiyini anlamağa çalışacaqlar. Erməni mətbuatına görə, Lavrov Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin təkbətək görüşü üçün müzakirə olunacaq məsələlərin gündəliyini hazırlamağa çalışacaq və bura Vyana və Peterburq anlaşmaları da daxil ediləcək. Digər versiyaya görə isə, rusiyalı diplomat münaqişə tərəflərinə həmsədr ölkələrin dəstəklədiyi proqramı təklif edəcək. Ekspertlərsə hesab edir ki, Qarabağ münaqişəsi hansısa aralıq təkliflər yox, işğalçının sülhə məcbur edilməsilə həll oluna bilər. Aydındır ki, prezidentlərin Cenevrə görüşündən sonra Qarabağ danışıqlarındakı bu dinamiklik ilin sonunadək Nalbandyan-Məmmədyarov görüşünün təşkil edilməsinə hazırlıq məqsədi daşıyır. Təcrübə isə göstərir ki, substantiv danışıqlardan qaçan Ermənistanın qeyri-konstruktiv mövqeyi və işğala əsaslanan status-kvonun saxlanılmasına çalışması Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində sadəcə imitasiya xarakterli belə görüşləri əhəmiyyətsiz edir.

21:00 / 14.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 10951
Bu ay: 426180
Ümumi: 17195513
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın