/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Azərbaycan XİN əcnəbi KİV-lərin məlumatını inkar etdi

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycan XİN xarici KİV-lərdə İraq hərbçilərinin İŞİD-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı qadının saxlanılmasına dair yayılan xəbərə münasibət bildirib. XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu kimi məlumatların yeni olmadığını və araşdırıldığını deyib. “Azərbaycan tərəfi İraqdakı səfirliyimiz vasitəsilə məsələ ilə əlaqədar İraqın müvafiq qurumları ilə daimi əsasda təmasdadır”, - deyə Hikmət Hacıyev qeyd edib. Məlumat üçün bildirək ki, iraqlı deputat Vian Dahil hərbçilərin İŞİD-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı və 512 rusiyalı qadını saxladıqlarını bəyan edib. Deputanın bildirdiyinə görə, saxlanılan qadınlar həbsxanaya yerləşdirilib. İraqın Müdafiə Nazirliyindəki mənbə 512 rusiyalı qadının saxlanılması barədə məlumatı “Ria Novosti”yə təkzib edib. “Saxlanılanlar var, lakin onlar çox deyil və müxtəlif ölkələrin vətəndaşlarıdır”, - deyə mənbə əlavə edib.

09:00 / 10.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 11701
Bu ay: 426930
Ümumi: 17196263
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın