/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

ATƏT-in Parlament Assambleyasının sədri istefa verib

Şriftin ölçüsü:  11px13px15px17px

ATƏT-in Parlament Assambleyasının sədri, avstriyalı deputat Kristin Muttonen vəzifəsindən istefa verib. Buna səbəb onun ötən ay Avstriyada keçirilən parlament seçkiləri zamanı deputat matdatına yiyələnməməsi olub. K.Muttonenin vəzifəsini gələn ilin yayınadək müavini, gürcü deputat Georgiy Tsereteli icra edəcək. G. Tsereteli qurumun baş katibi Roberto Montella və assambleyanın aparat əməkdaşları ilə keçirdiyi görüş zamanı ATƏT dəyərlərini, münaqişələrin nizamlanmasında qurumun rolunun qorunması və Avropada təhlükəsizlik problemlərinə kompleks yanaşmanın əsas prioritetlərindən olacağını vurğulayıb. Qeyd edək ki, G. Tsereteli 1995-1998-ci illərdə Tbilisinin vitse-meri, 1999-cu ildə Gürcüstan parlamentinə seçilib, habelə ölkənin vitse-baş naziri və nazir vəzifələrini icra edib. O, 2012-ci ildən AŞPA PA sədrinin müavini olub. Azərbaycan xin xarici kiv-lərdə iraq hərbçilərinin işid-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı qadının saxlanılmasına dair yayılan xəbərə münasibət bildirib. Xin mətbuat xidmətinin rəhbəri hikmət hacıyev bu kimi məlumatların yeni olmadığını və araşdırıldığını deyib. “azərbaycan tərəfi iraqdakı səfirliyimiz vasitəsilə məsələ ilə əlaqədar iraqın müvafiq qurumları ilə daimi əsasda təmasdadır”, - deyə hikmət hacıyev qeyd edib. Məlumat üçün bildirək ki, iraqlı deputat vian dahil hərbçilərin işid-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı və 512 rusiyalı qadını saxladıqlarını bəyan edib. Deputanın bildirdiyinə görə, saxlanılan qadınlar həbsxanaya yerləşdirilib. İraqın müdafiə nazirliyindəki mənbə 512 rusiyalı qadının saxlanılması barədə məlumatı “ria novosti”yə təkzib edib. “saxlanılanlar var, lakin onlar çox deyil və müxtəlif ölkələrin vətəndaşlarıdır”, - deyə mənbə əlavə edib.

09:00 / 10.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 11009
Bu ay: 426238
Ümumi: 17195571
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın