/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Ermənistanın işğalçılıq siyasəti İsveç Krallığında müzakirə edilib

Şriftin ölçüsü:  11px13px15px17px

Ermənistanın işğalçılıq siyasəti Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İsveç Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini Mats Anderssonla görüşdə müzakirə olunub. Elmar Məmmədyarov bildirib ki, həmsədr ölkələrin dövlət başçılarının da bəyan etdiyi kimi, status-kvo dəyişdirilməli, işğala son qoyulmalıdır. Nazir həmçinin Ermənistan tərəfindən öz doğma yurdlarından qovularaq zorla etnik təmizləməyə məruz qalan azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulduğunu deyib. Ermənistanın yerinə yetirməkdən imtina etdiyi Avropa Şurası insan haqları məhkəməsinin "Çıraqov və digərləri Ermənistana qarşı" işinə dair qərarını baş nazirin müavininin diqqətinə çatdırıb. Görüşdə həmçinin Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq əlaqələrinə nəzər salınıb, «Cənub» qaz dəhlizinin və onun mühüm komponenti olan TAP layihəsinin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcəyi qeyd olunub.

09:00 / 08.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 29
Bu gün: 13955
Bu ay: 427403
Ümumi: 15777639
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın