/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Prezident İlham Əliyev xüsusi tapşırıqlar üzrə səfirləri qəbul etdi

Şriftin ölçüsü:  11px13px15px17px

Prezident İlham Əliyev Avropa İttifaqı şərq tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərini qəbul edib. Avropa İttifaqı şərq tərəfdaşlığında xüsusi səlahiyyətli səfiri Yaan Reynhold nümayəndə heyəti adından bildirib ki, təmsil etdiyi qurum Azərbaycanla əlaqələrə xüsusi diqqət göstərir. Prezident İlham Əliyev qeyd edib ki, təşkilatla əməkdaşlığımız çoxşaxəlidir və geniş sahələri, o cümlədən demokratik inkişaf, multikulturalizm, iqtisadi və digər sahələri əhatə edir. Yaan Reynhold bildirdi ki, yeni sazişlə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib və Avropa İttifaqı bu istiqamətdə səylərini bundan sonra da əsirgəməyəcək. Yaxın vaxtlarda Brüsseldə keçiriləcək şərq tərəfdaşlığı sammitinə toxunan səfir qeyd etdi ki, Avropa İttifaqı-Azərbaycan əlaqələri pozitiv və dinamik şəkildə inkişaf edir. Azərbaycan prezidentinin brüsselə son səfərinə toxunan Yaan Reynhold bildirdi ki, təmsil etdiyi təşkilat bu səfərə böyük önəm verir və təsadüfi deyil ki, səfərin növbəti günündə yeni saziş üzrə danışıqlara başlanılıb. Səfir bildirdi ki, demokratik islahatlar sahəsində Azərbaycanın əldə etdiyi inkişaf önəmlidir və azərbaycanın dini azadlıq, tolerantlıq, mədəniyyətlərarası dialoq sahəsində əldə etdiyi təcrübə çox dəyərlidir. Bu ilin fevralında Brüsselə səfərinə toxunan prezident İlham Əliyev qeyd etdi ki, bu səfər şərq tərəfdaşlığı çərçivəsində və ümumilikdə Avropa Komissiyası ilə əlaqələrin inkişafında böyük rol oynayıb. Dövlət başçısı Azərbaycanla Avropa İttifaqı əlaqələrinin genişlənməsi baxımından şərq tərəfdaşlığı təşəbbüsünün əhəmiyyətini vurğuladı. Azərbaycanla Avropa İttifaqı arasında sazişə toxunan dövlət başçısı bu sahədə də işlərin çox müsbət istiqamətdə irəlilədiyini bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, siyasi əlaqələrimiz uğurla inkişaf edir, əməkdaşlığımız çoxşaxəlidir və geniş sahələri, o cümlədən demokratik inkişaf, multikulturalizm, iqtisadi və digər sahələri əhatə edir.

21:00 / 07.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 28
Bu gün: 14830
Bu ay: 43768
Ümumi: 17264221
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın