/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Prezident İlham Əliyev retro vaqonlarla tanış oldu

Şriftin ölçüsü:  11px13px15px17px

Metronun “İçərişəhər” stansiyasında Bakı Metropoliteninin 50 illik yubileyi ilə əlaqədar metropolitendə istismar edilmiş retro vaqonların bərpadan sonra təqdimatı olub. Prezident İlham Əliyev retro vaqonlarla tanış olub. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlət başçısına retro vaqonlar barədə məlumat verdi.Qeyd edək ki, Mıtişşi Maşınqayırma Zavodunda istehsal olunan ilk belə retro vaqonlar “a” tipli vaqonlar adlandırılırdı. Bu vaqonlar 1934-cü ilin sonunda hazırlanıb. Həmin vaqonlarda oturmaq üçün 52 və ayaq üstə dayanmaq üçün isə 120 yer olub. Bu tipli vaqonlardan biri 1968-ci ildə yol ölçmək üçün Bakıya göndərilib. Retro tipli digər vaqonlar “q” tipli vaqonlar idi. Yeni mühərrikli vaqonlar Qorki xətti üçün nəzərdə tutulduğuna görə “q” tipli adlandırılırdı. Bu vaqonların istismar müddəti 1983-cü ildə başa çatıb. Təqdimatı olan “e” tipli digər vaqonların hazırlanmasına isə 1956-cı ildə başlanılıb. “e” tipli ilk iki sınaq vaqonu 1959-cu ilin sonlarında istehsal olunub. Bu tipli vaqonlar Sovet İttifaqı dövründə beş şəhərin - moskva, leninqrad, kiyev, bakı və tbilisinin metropolitenlərinə göndərilirdi. Bakıya “e” tipli 47 ədəd vaqon çatdırılmışdı. Sonra prezident İlham Əliyev retro vaqonlardan ibarət qatarla “İçərişəhər” stansiyasından “Nəriman Nərimanov” stansiyasına gəldi. Qeyd edək ki, 2003-cü ildə Bakı Metropoliteni yeni inkişaf mərhələsinə qədəm qoyub. 50 illik yubileyi qeyd edilən Bakı Metropoliteninin hazırda 25 stansiyası, 1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti var. “Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”nə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud - yaşıl, qırmızı və bənövşəyi, həmçinin 2 əlavə yeni xətt - mavi və sarı xətlər olmaqla 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 kilometr metro xəttindən ibarət olacaq. Perspektivdə 51 yeni stansiyanın inşa edilməsi və 84,3 kilometr uzunluğunda metro xəttinin çəkilməsi nəzərdə tutulub. Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamı əsasında 2014-cü ildə Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradıldıqdan sonra silsilə yeniliklər biri-birini əvəzlədi. Retro vaqonlarla tanış olan prezident İlham Əliyev 50 illik yubileyi münasibətilə Bakı Metropolitenin kollektivini təbrik etdi, yeni-yeni uğurlar arzuladı.

21:00 / 06.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 14804
Bu ay: 43742
Ümumi: 17264195
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın